Skip to content
2 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 357)
  • Dünya (3. 347)
  • Gündəm (11. 699)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda lizinq ƏDV-dən azad edilib? – Rəsmi

Azərbaycanda lizinq şirkətlərinə, həm də lizinq alan sahibkarlara aktivləri əldə edərkən ödənilmiş ƏDV məbləğləri əvəzləşdiriləcək. Bu barədə İqtisadiyyat
Cavidan 10 Yanvar, 2024

Azərbaycanda lizinq şirkətlərinə, həm də lizinq alan sahibkarlara aktivləri əldə edərkən ödənilmiş ƏDV məbləğləri əvəzləşdiriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Vergi Məcəlləsinə edilən dəyişikliyin əsas məqsədi maliyyələşmə alətləri üzrə bərabər vergi rejiminin yaradılması, səmərəliliyin artırılması, ƏDV-nin dəyər zənciri üzrə son istehlakçıya ötürülməsi yolu ilə vergi yükünün azaldılması, biznes subyektlərinə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verməklə vergi yükünün optimallaşdırılmasıdır.

Son dəyişikliklərə qədər lizinq şirkətləri lizinqə verdikləri aktivləri əldə edərkən ödədikləri ƏDV məbləğlərini əvəzləşdirə bilmədiklərindən vergi məbləği aktivin dəyərinə daxil olurdu. Bu isə aktivi maliyyə lizinqi çərçivəsində əldə edən biznes subyektlərinin ƏDV-ni əvəzləşdirmək imkanını məhdudlaşdırır və kapital qoyuluşu üzrə vergi yükü yaradırdı. Lakin aktivlər bank kreditləri hesabına əldə edildiyi halda, biznes subyektləri həmin aktivlərə görə ödənilən ƏDV məbləğlərini əvəzləşdirə bilirdi və nəticədə maliyyə sektorunda maliyyələşmə alətləri üzrə vergi yükü fərqləri yaranmış olurdu ki, bu da lizinq bazarının rəqabətliliyinə mənfi təsir göstərirdi.

Lizinq şirkətlərinin gəliri olan ssuda faizlərinin isə maliyyə xidmətləri kimi ƏDV-dən azad olunması davam etməkdədir. Bununla yanaşı, lizinq şirkətləri tərəfindən aktivlər ƏDV ödənilmədən əldə edilibsə, həmin aktivlərin maliyyə lizinqi çərçivəsində biznes subyektlərinə təqdim edilməsi üzrə həm aktivin dəyəri, həm də ssuda faizlərinin tam şəkildə ƏDV-dən azad olunması davam etdiriləcək.

Daha bir vacib dəyişiklik lizinq alanın maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə ötürdüyü halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlərin maliyyə lizinqi hesab olunması, əvvəlki müqavilənin davamı sayılmasıdır.

Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildikdə və həmin əməliyyat Vergi Məcəlləsinin 140.2-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi təqdirdə, belə əməliyyat maliyyə lizinqi hesab edilməyəcək. Bu zaman vergilərin dəqiqləşdirilməsi Vergi Məcəlləsinə əsasən aparılacaq.

Beləliklə, dəyişikliklərin yekun nəticəsində lizinq alətinin təşviqi və bu prosesdə iştirak edəcək subyektlərin bu alətdən daha çox istifadə etməsinə şərait yaranacaq.

Azərbaycanda ƏDV dərəcəsi 18%-dir.

Continue Reading

Previous: Perinatal Mərkəzdəki yanğına görə 3 vəzifəli şəxs SAXLANILDI
Next: Deputatlığa namizəd qətlə yetirildi

Bölmənin digər xəbərləri

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək
  • Gündəm

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

2 May, 2026
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar
  • Cəmiyyət

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar

1 May, 2026
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU
  • Cəmiyyət

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

1 May, 2026

Top 7 Xəbər

Dünya bazarlarında neftin qiyməti açıqlanıb 1

Dünya bazarlarında neftin qiyməti açıqlanıb

2 May, 2026
Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək 2

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

2 May, 2026
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 3

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar

1 May, 2026
Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 4

Buraxılış imtahanının nəticələri ELAN OLUNDU

1 May, 2026
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 5

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

1 May, 2026
Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 6

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 7

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 357)
  • Dünya (3. 347)
  • Gündəm (11. 699)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9357) Dünya (3347) Gündəm (11699) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dünya bazarlarında neftin qiyməti açıqlanıb 2 May, 2026
  • Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək 2 May, 2026
  • Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında – Fotolar 1 May, 2026
  • Buraxılış imtahanının nəticələri ELAN OLUNDU 1 May, 2026
  • Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.