“Rossiya Hava Yolları”nın (Aeroflot qrupuna daxil olan) təyyarəsi bazar günü günortadan sonra beynəlxalq hava limanında eniş edib.
Bu, Rusiya və Kuba paytaxtları arasında 2020-ci ildən, koronavirus pandemiyasından sonra ilk birbaşa reysdir. Təyyarənin göyərtəsində 300-dən çox sərnişin olub. Terminalda onları bir qrup kubalı musiqiçi qarşılayıb.
Aviaşirkətin cədvəlinə əsasən, uçuşlar çərşənbə və bazar günləri yerinə yetiriləcək. Artan tələblə əlaqədar olaraq dekabrın 30-da marşrut üzrə əlavə reys planlaşdırılır.(TASS)