Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • “Artsax” müəmması: Separatçılar geri çəkildi, Ermənistan isə…
  • Dünya
  • Gündəm

“Artsax” müəmması: Separatçılar geri çəkildi, Ermənistan isə…

Xəbər verdiyimiz kimi, dünən erməni mətbuatında Qarabağdakı keçmiş separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın qondarma qurumu buraxması barədə qərarı
Cavidan 23 Dekabr, 2023
1703308506_image_750x_653f4dfcc6a01

Xəbər verdiyimiz kimi, dünən erməni mətbuatında Qarabağdakı keçmiş separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın qondarma qurumu buraxması barədə qərarı ləğv etdiyi iddia edilən xəbərlər yayılıb.

Bu xəbəri Şahramanyanın müşaviri Vladimir Qriqoryan açıqlamışdı.

O, “Azadlıq” radiosunun erməni bürosuna müsahibəsində Şahramanyanın oktyabr ayında “fərman” imzaladığını və “Artsax”ın fəaliyyətinin davam etdiyini bildirib. Dünən isə Ermənistanın “Joğovurd” qəzeti Şahramanyanın yeni “Artsax”ın buraxılması barədə qərarı ləğv edən yeni sənəd imzaladığını, lakin hələlik həmin sənədin ictimaiyyətə açıqlanmadığını yazıb.

Ermənistan hökuməti məsələ ilə bağlı açıqlama verməyib. Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının deputatı Artur Hovhannisyan Şahramanyanın qərarına çox sərt reaksiya verib. O, Ermənistan ərazisində yalnız Ermənistan hakimiyyət nümayəndələrinin fərman və sərəncamlar imzalama səlahiyyətində olduğunu bildirib.

“Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir”, – o qeyd edib.

Deputat vurğulayıb ki, buna qarşı çıxan istənilən təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək və dövlət tərəfindən ən sərt tədbirlər görüləcək: “Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, planların müəllifləri isə ciddi şəkildə cəzalandırılacaq”.

Şahramanyanın müşaviri isə gecə saatlarında dediklərini təkzib edib. “Bugünkü Azatutyun radiostansiyasına verdiyim müsahibə müxtəlif fərziyyələrə səbəb oldu. Bununla bağlı vurğulamaq istərdim ki, mənim açıqlamalarım şəxsi mülahizələrdir və hazırda heç bir rəsmi mövqeyi əks etdirmir”, – Qriqoryan deyib.

O, Şahramanyanın müşaviri vəzifəsini tərk etdiyini açıqlayıb.

Beləliklə, separatçıların indiki mərhələdə geri çəkildiyini demək olar. Ermənistan hakimiyyəti hələlik rəsmi mövqe bildirməsə də, görünür, hakim partiyanın deputatının açıqlaması Şabramanyana xəbərdarlıq kimi qiymətləndirilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İki ilə 3 nəfəri öldürmüşdü – Bu səbəbdən azadlığa çıxdı
Next: Gülçöhrə Şəfiyeva vəfat etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 133951
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 123610
  • Gündəm

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 111332
  • Cəmiyyət

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.