Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Evin keyfiyyətini yox, binanı tikəni yoxlayırlar ki…” – PROBLEM

Bu günlərdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ölkədəki yarımçıq tikililərlə bağlı problemə toxunaraq bildirmişdi ki, Azərbaycanda yarımçıq tikililərlə
Cavidan 29 Noyabr, 2021

Bu günlərdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ölkədəki yarımçıq tikililərlə bağlı problemə toxunaraq bildirmişdi ki, Azərbaycanda yarımçıq tikililərlə bağlı problemlər var və biz bunu bilirik.

Bununla bağlı İqtisadiyyat Nazirliyində işçi qrup da yaradılıb, bütün regionlarda yarımçıq tikililərin monitorinqi aparılacaq. Onların ən vacibləri Dövlət İnvestisiya Proqramına salınacaq, inşası tamamlanacaq. Qeyd edək ki, artıq uzun illərdir ki, ölkədə tikintisi yarımçıq qalan çoxsaylı binalar var və bunun mənfi tərəflərindən biri də ev gözləyən sakinlərin hələ də öz mənzillərini əldə edə bilməməsidir.

Ancaq ölkədə vətəndaşların evsiz qalmasının çoxsaylı səbəblərindən biri də bəlkə heç bir ölkədə təsadüf edilməyən, qeyri-adi mənzil satış qaydasıdır. Belə ki, son illər müxtəlif şirkətlər tərəfindən tikilən binaların əksəriyyətində mənzillərin bir neçə vətəndaşa satılması müşahidə edildi. Yəni əlində sənədi olduğu halda mənzilinə köçməyə gələn vətəndaş həmin mənzilin başqa bir şəxsə verildiyinin də şahidi oldu. Hətta bir mənzilin çox sayda vətəndaşa satılması kimi faktlar meydana çıxdı. Nəticədə isə həmin mənzil sahiblərinin illəri məhkəmələrdə öz mənzilini tələb etməkdə keçdi ki, həmin müddətdə də vətəndaşlar kirayələrdə yaşamalı oldular.

Məsələn, “Sevil” massivi ilə bağlı qalmaqallı olayı xatırlayaq. 3 mindən artıq vətəndaşın pulu mənimsənildi, MTK-nın rəhbərliyi həbs olundu, ancaq hələ də MTK-ya ödədiyi vəsaiti geri ala bilməyərək kirayədə yaşamağa məcbur qalanlar var. 6 ildir ki, problem həllini tapmır.

Yarımçıq tikililərlə yanaşı, bu sahədə pərakəndəlik aradan qaldırılmalı və bəzi MTK rəhbərlərinin vətəndaşları aldatmasına son qoyulmalıdır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, bu gün həm inşası yarımçıq qalmış, həm də MTK rəhbərinin bir mənzili bir neçə nəfərə satdığı kifayət qədər binalar var:

“Burada da həmin günahkar şəxsin həbsi vətəndaşa evi geri vermir. Tutaq ki, bir mənzilin 3 sahibi varsa, ən yaxşı halda mənzil bir nəfərə verilir və digər 2 nəfər illərlə məhkəmədə qalır. Ümumiyyətlə, bizdə bir mənzilin bir neçə nəfərə verilməsi ilə bağlı məhdudiyyət yoxdur. Çünki onun reyestri aparılmır. Belə ki, bunların hamısı bir bazaya yığılmalıdır. Bir vətəndaş banka gedib kreditlə pul istəyəndə qaza, suya, işığa olan borcu sistemdə göstərilir. Ancaq müqaviləli binalarda mənzillərin satışının ümumi reyestri yoxdur və özəl şirkətdir, möhür əlindədir, onun bazasını ondan başqa heç kim bilmir. Hansı mərtəbədə hansı mənzil qaldığını, hansı mənzilin kimə satıldığını ancaq özü bilir. Ancaq başqa ölkələrdə belə deyil. Türkiyədə və digər yerlərdə bələdiyyə nəzarəti var. Rusiyada tam fərqlidir, satışları təmin edən dövlət bankları var və onların hamısının reyestri aparılır. Bizdə daşınmaz əmlak sahəsində pərakəndəliyin olması bu cür problemlərə gətirib çıxarır”.

Ekspert deyir ki, bu istiqamətdə indiyədək həll olunmayan problemli məsələlər var:

“Bu həmin sahəyə nəzarətin olmaması ilə bağlıdır. 2018-ci ildən sonra bir sıra dəyişikliklər olub. Bunu bütün binalara da şamil etmək olmur. Ancaq az bir binanın problemli olması bütün binalardakı mənzillərin satışına təsir edir. Belə ki, vətəndaşlarda müqaviləli mənzillərin alışı-satışı ilə bağlı qorxu yaradır ki, alaram, birdən mənzilin başqa sahibi çıxar. Bizdə bir qədər fərqli yanaşmadır. Vətəndaş ev alanda tikintinin keyfiyyətini yox, şirkətin rəhbərini yoxlayır ki, görəsən, adam başqa binalarda mənzil tikib satıbmı, başqa bir şəxsi aldadıbmı”.

Ekspertin sözlərinə görə, daha çox o binalar satılır ki, həmin binanı tikən sahibkar ondan əvvəl bir çox yerlərdə bina tikib, satıb, həmin binanın qazını, çıxarışını verib:

“Demək onları edibsə, bu da yaxşı binadır. Bizdə yanaşma bu formadadır. Ancaq binanın hansı keyfiyyətdə olmasını yoxlayan yoxdur, sadəcə binanın sahibinin “keyfiyyətli” olmasını yoxlayırlar. İnkişaf etmiş ölkələrdə “kimisə aldadım” deyə yanaşma yoxdur. Hər kəs öz işini, vəzifə borcunu layiqincə yerinə yetirsə, vətəndaşın gedib hansısa MTK-nı yoxlatmasına ehtiyac da qalmaz. Ölkədə bu cür şirkətlər çox deyil, ancaq var və olduğuna görə bu cür problemlər həll olunmamış qalıb”.

Continue Reading

Previous: “Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil” – Rəisi
Next: Yeni ştamın simptomları nədir?

Bölmənin digər xəbərləri

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib
  • Cəmiyyət

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • Cəmiyyət

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi
  • Cəmiyyət

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025

Top 7 Xəbər

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 1

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 2

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 3

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 4

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 5

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 6

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 7

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8470) Dünya (3046) Gündəm (10590) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 10 Dekabr, 2025
  • Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 10 Dekabr, 2025
  • Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 10 Dekabr, 2025
  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.