Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Növbəti pandemik vəziyyət: məktəblər bağlana bilər?
  • Cəmiyyət

Növbəti pandemik vəziyyət: məktəblər bağlana bilər?

[center][img]https://azadmedia.az/uploads/posts/2023-11/1701315405_mekteb.jpg[/img][/center] Qızılca – qızılca virusu tərəfindən yayılan infeksion xəstəlikdir. Peyvənd olmayan dövrdə, yəni 60-cı illərdə uşaq tələfatı ilə
Cavidan 30 Noyabr, 2023
mekteb

[center][img]https://azadmedia.az/uploads/posts/2023-11/1701315405_mekteb.jpg[/img][/center]

Qızılca – qızılca virusu tərəfindən yayılan infeksion xəstəlikdir. Peyvənd olmayan dövrdə, yəni 60-cı illərdə uşaq tələfatı ilə müşayiət olunurdu. Lakin vaksin çıxdıqdan sonra bu xəstəliyin gedişində uğurlar əldə olundu. Ölüm hallarının qarşısı alındı.

Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda yayılan qızılca xəstəliyinin təhlükəsindən danışarkən deyib.

Onun sözlərinə görə, xəstəliyin epidemiolji həddə çatmaması üçün ilk növbədə vaksin işi sürətləndirilməli və uşaqlar peyvənd olunmalıdır:

“Bu xəstəliyə qarşı UNİSEF-in xətti ilə dünyanın hər yerində vaksinasiya təklif olunur. Azərbaycanda da Milli Peyvənd Təqvimi var və uşaqlara qızılcaya qarşı həyatı boyu iki dəfə vaksin vurdurmaları tövsiyə olunur. Əslində, bu, icbari olmalıdır. Qızılca keçirən şəxslər ikinci dəfə buna yoluxmurlar. Ömürlük immunitet yaranır. Vaksin vurulan adam xəstələnə bilər, lakin çox yüngül keçirir”.

Adil Qeybulla ölkəmizdə valideynlərin çoxunun uşaqlara qızılca əleyhinə peyvənd vurdurmaqda maraqlı olmadığına diqqət çəkib:

“Təəssüf ki, valideynlər uşaqların peyvənd olunmasından yayınırlar. Bu isə uşaqların bir hissəsinin müdafiəsiz və vaksinsiz qalmasına gətirib çıxarır. Yoluxmaların əsas səbəbi budur. Hesab edirəm ki, məsul olan qurumlar bununla bağlı vacib və icbari tədbirlər görməli, vaksinasiya məcburi şəkildə həyata keçirilməlidir. Vahid mərkəz yaranmalıdır. Ciddi nəzarət olunmalıdır. Bu, ayrı-ayrı şəxslərin arzusu ilə həyata keçirilə bilməz. İmtina ərizələri ciddi əsaslar olmadıqda qəbul edilməməlidir. Ciddi səbəb uşağın müxtəlif antibiotiklərə və anaflaktik reaksiyalara allergiyası hesab oluna bilər. Bunlar varsa, yoxlanılmalıdır. Əks halda hamı icbari qaydada vaksinasiya olunmalıdır”.

Professor bildirib ki, zəruri tədbirlər görülməzsə, qızılca xəstəliyi bütün uşaqlar arasında yayılacaq:

“Azərbaycanda vəziyyətin ciddi olması dediyim amillərə bağlıdır. Yoluxma bütün vaksinasiya olunmayan uşaqları tuta bilər. Vaxtında tədbirlər görülsə, infeksiya yerində lokallaşdırıla bilər. Zəruri tədbirlər görülməlidir. Bu uşaqlar təqvim üzrə yox, epidemoloji vəziyyəti nəzərə alaraq önə çəkilməklə vaksin olunmalıdırlar”.

O, təhsil ocaqlarının müəyyən müddətə bağlanması ehtimalına da münasibət bildirib:

“Kütləvi şəkildə məktəblərin bağlanmasına ehtiyac yoxdur. Sadəcə, xəstəlik halları qeydə alınan təhsil ocaqlarında müəyyən bir müddətə tədbirlər görülə bilər”.(Axar.az)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Qaraheybətdə helikopter qəzasından 2 il ötür
Next: Əmircan sakinləri narazılıq etdi, AYNA göstəriş verdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 151507
  • Cəmiyyət

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 135637
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 130155
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 741)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq Screenshot 2026-07-14 151507 1
  • Cəmiyyət

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

14 İyul, 2026
Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH Screenshot 2026-07-14 145229 2
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

14 İyul, 2026
İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib Screenshot 2026-07-14 142048 3
  • Siyasət

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

14 İyul, 2026
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq Screenshot 2026-07-14 135637 4
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

14 İyul, 2026
Azərbaycanda iyul ayının pensiyaları ödənilib Screenshot 2026-07-14 130155 5
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9741) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.