Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Taksi sürücülərinin nəzərinə – Bu qayda dəyişdirildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin
Cavidan 17 Noyabr, 2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, taksi xidməti ilə bağlı xüsusi hazırlığın təşkili və keçirilməsi nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA), Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə həvalə olunub. Həmçinin, dəyişikliklə bu işi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla həyata keçirə biləcək.

Bundan başqa, xüsusi hazırlıq prosesinin keyfiyyətini yüksəltmək məqsədi ilə qrupların maksimum say həddi 20-dən 25-ə, mühazirələrin müddəti 31,5 saatdan 18 saata, praktiki məşğələlər 8,5 saatdan 6 saata endirilib, bununla da, yeni əlavə edilən yekun qiymətləndirmə (2 saat) müddəti ilə birliktə ümumi müddət 42 saatdan 24 saata endirilib.

Bundan başqa, tədris proqramında istifadə olunan materialların həcmi artırılıb. Tədris zamanı sürücülərə inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələri, sosial əhəmiyyətli obyektlər, ali təhsil müəssisələri, ticarət obyektləri və xəstəxanaların yerləşdiyi ərazilər öyrədiləcək, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar verilməsi tələbi isə ləğv edilib.

Həmçinin sürücülərin hazırlıq kurslarında iştirak etməsi üçün təqdim etməli olduğu sənədlər müəyyənləşdirilib. Belə ki, sürücülər şəxsiyyəti təsdiq edən sənədin surətini, bir ədəd fotoşəkil (3×4 sm ölçüsündə) və sürücülük vəsiqəsinin surətini tədim etməli olacaqlar.

Sürücü haqqında sənədləri Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilməyəcək.

Sənədlərini təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 gün qalmış məlumat veriləcək, onlar tədris müddətində kağız və yaxud elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunacaqlar.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Continue Reading

Previous: Anasının bişirdiyi yeməyi istəməyən uşaq qaynar xəttə yığdı
Next: Azərbaycanda qadın direktorun ədəbsiz davranışı gündəm oldu

Bölmənin digər xəbərləri

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib
  • Cəmiyyət

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • Cəmiyyət

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi
  • Cəmiyyət

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025

Top 7 Xəbər

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 1

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 2

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 3

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 4

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 5

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 6

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 7

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8470) Dünya (3046) Gündəm (10590) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 10 Dekabr, 2025
  • Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 10 Dekabr, 2025
  • Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 10 Dekabr, 2025
  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.