Prezident İlham Əliyev “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında” və “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında qanunları təsdiqləyib.
Bununla da, ölkəmiz 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış iki protokola qoşulub.