Oktyabrın 28-də Qazax rayonunda itkin düşən məktəbli qız tapılıb.
Qazax RPŞ-nin həyata keçirdiyi tədbirlərlə 2010-cu il təvəllüdlü Ləmanın (şərti) yeri müəyyən edilib. O, noyabrın 4-də tapılaraq ailəsinə təhvil verilib.
Bildirilir ki, Qazax şəhərindəki məktəblərdən birində təhsil alan 13 yaşlı qız oktyabrın 28-də günorta saatlarında başının ağrıdığını deyərək sinif rəhbərindən icazə alıb. O, müəllimə evə gedəcəyini desə də, məktəbdən çıxaraq naməlum istiqamətə gedib.
Faktla bağlı araşdırmalar davam etdirilir.