Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Günün qoroskopu: Səfər istisna deyil
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Səfər istisna deyil

Qoç – hadisələrlə zəngin gündür. Enerjili və aktiv davranmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək istəyir,
Cavidan 19 Oktyabr, 2023
horos_7

Qoç – hadisələrlə zəngin gündür. Enerjili və aktiv davranmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək istəyir, diqqət və qayğı tələb edirlər.

Öz işlərinizi unudaraq başqalarının problemləri ilə məşğul olmayın. Bir qədər tənəffüs edin, dincəlin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə romantik “yellər” əsə bilər. Yeni tanışlıqlarda ehtiyatlı olun. İlkin təəssürata çox inanmayın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa – maliyyə öhdəlikləri götürməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin işlərə başlamaqdan çəkinməyin. Həmin işdə uğur qazanacaqsınız. Gərəkli nəticəni düşündüyünüz vaxtdan da tez, sürətlə əldə edə biləcəksiniz.

Rəğbət bəslədiyiniz insanla ünsiyyətdə səmimi və qayğıkeş olun.

Günün ikinci yarısında sayıq davranın. Faydalı biliklər və gərəkli məlumatlar əldə etmək şansından yararlanın.

Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Aktiv və enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz. Bütün günü çalışmalı olsanız da, ruhdan düşməyin. Gözlənilməz hədiyyələr və xoş sürprizlər olacaq.

Əkizlər – asan olmayan, amma maraqlı və yaddaqalan zamandır. Təşəxxüslü olmayın və etiraf edin ki, hələ bilmədiyiniz, öyrənməyiniz gərəkən çox nəsnə var. Sizə yaxşı məsləhət verəcək adam xoşlamadığınız şəxs də ola bilər. Fərdlərə yox, sözlərə və niyyətlərə fikir verin.

Günün ikinci yarısında münaqişəyə qatılmayın. Vəziyyət gərginləşəndə aranı zarafatla soyutmaq yaxşı ideya deyil.

Pulla ehtiyatlı olun, lazım olduğundn artıq xərcləməyin. Ehtiyac duymadığınız əşyalar almayın. Borc alıb borc verməyin.

Xərçəng – asan qələbələr və sürətli irəliləyişin olacağını düşünməyin. Məqsədinizə

nail ola bilərsiniz, amma ciddi səy göstərməlisiniz. Planda tutduğunuz tədbiri unutmayın. Önəmli şəxslərlə görüşdə məntiqli davranın.

Yola çıxsanız, ehtiyatlı olun, çünki xoşagəlməz hadisə riski artıb.

Günün ikinci yarısında maliyyə məsələlərində əlverişli vəziyyət müşahidə olunacaq. Sevdiyiniz insan işlərinizlə maraqlanacaq.

Bir qədər romantik olun.

Şir – təxribatlara uymayın. Sizi təbdən çıxarmağa, sinirləndirməyə çalışacaqlar. Təmkinli olun, soyuqqanlı davranın. Sizdən öz maraqları üçün istifadə etməyə çalışan insanın hiyləgərliyinə aldanmayın. Yaşlı nəsil mənsubları ilə münasibətlər gərginləşəcək. Onlar fikirlərinizi anlamırlar, mövqeyinizi qəbul etmirlər.

Günün ikinci yarısında intriqa, hiyləgərlik, avantüraya qatılmayın. Səmimi və şəffaf olmağa çalışın. Axşam saatlarıda zahiri görünüşünüzün qüsursuz olması qarşı tərəfdə xoş təəssürat yaradacaq.

Qız – hadisələrlə zəngin, intensiv gündür. Müsbət təmayüllərin təsiri az deyil. Hədəfə çatmaq üçün alternativ yollar görünür. Çoxdan bəri maraqlandığınız insanda özünüzə rəğbət oyatmaq şanslarınız var. İmici yeniləyin. Orijinal, ekstravaqant vasitələrlə problemləri həll etmək olar.

Günün ikinci yarısında dövlət qurumlarından birinin mənsubu ilə danışıqlarda diqqətli olun. Maraqlı tanışlıq ola bilər.

Hüquqlarınızın tapdanmasına imkan verməyin.

Ətraflı

Tərəzi – qarışıq, laübəli gündür. Bədxahlardan birinin səbrlə hazırladığı məkrli planın, təcrübəli manipulyatorun fitnəsinin qurbanı olmayın. Ətrafınızdakı insanların məsləhətləri ilə müqayisədə öz məntiqinizə güvənin. Tələyə düşsəniz, qurtulmaq asan olmayacaq.

Etibar etdiyiniz və güvəndiyiniz insan günün ikinci yarısında qəribə davranacaq. Bir qədər diqqətli olsanız, onun əməlləri və sözlərinin əsl səbəblərini anlaya bilərsiniz.

Səhhətinizdə problemlər mümkündür. İzafi yorğunluğun fəsadları üzə çıxacaq. Adi günlərdən fərqli olaraq indi tez yorulduğunuzdan ağır işə başlamayın. Bəzi planları təxirə salın.

Əqrəb – düşərli zamandır və şəraitdən yararlanın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün inamla irəliləyin. Yeni nə isə öyrənmək, faydalı təcrübəni əxz etmək şanslarını dəyərləndirin. Müxtəlif mənbələrdən faydalı məlumatlar əldə edə bilərsiniz. Fəqət bu informasiyaların dürüstlüyünü yoxlamaq ən önəmli məsələdir.

Ehtiyatı əldən verməsəniz, rəqiblərlə bədxahları üstələyə bilərsiniz.

Günün ikinci yarısında çoxdan tanıdığınız, həmkar və ya dost saydığınız insanla münasibətlərdə yeni mərhələ başlanacaq.

Axşam saatlarına yaxın yaradıcılıq potensialı artacaq. Təxəyyüldən bəhrələnməyi unutmayın.

Oxatan – sakit, rəvan zamandır. Günün ilk yarısında məhsuldar çalışmaq olar. Əvvəllər başladığınız işləri başa vurun. Həftənin ilk günlərindən etibarən sizi narahat edən məsələnin çözülməsi üçün zaman limiti bitməkdədir. Dostlarla görüşün. Qüvvənizini bərpa edin, səhhətinizin qeydinə qalın.

Kulinar eksperimentlər uğurlu alınacaq.

Günün ikinci yarısında yaradıcı eksperimentlər aparmaq olar. Mənfi təmayüllərin təsirini emosional durumunuzda hiss edəcəksiniz. Qıcıqlanmayın, küsməyin, hirslənməyin. Sevdiyiniz insanla ünsiyyətdə səmimi və nikbin olun.

Oğlaq – çox mürəkkəb zamandır. Mühüm qərar qəbul etməli olacaqsınız. Belə qərara mənəvi baxımdan hazır olmasanız da, yaxın ətrafınızdakı insanların maddi rifahı və təhlükəsizliyinin təminatı üçün addım atmalısınız. Situasiya ağırlaşır. Nə qədər çalışsanız da, problemlərin sayı azalmayacaq.

Narahat olmayın. Çətinliklərin öhdəsindən gələcəksiniz.

Günün ikinci yarısında aktivliyi bir qədər azaldın. Səhhətinizin qeydinə qalın, idmanla məşğul olun. Daha pozitiv olun. Sevdiyiniz insanla danışa bilərsiniz.

Dolça – günün ilk yarısı uğurlu olsa da, ciddi iş və ya genişmiqyaslı layihə planlaşdırmayın. Sadəcə, hadisələrin axarı ilə hərəkət edin. Belə olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çatmaqla yanaşı, niyyətlərinizi gerçəkləşdirə bilərsiniz.

Yeni bilik və informasiyanın əldə olunması, dünyagörüşün genişləndirilməsi üçün münasib zamandır.

Günün ikinci yarısında danışıqlar apara bilərsiniz. Səfər istisna deyil. Yola düşərkən heç nəyi yaddan çıxarmayın.

Axşam saatlarında alış-verişə yollanmaq olar.

Balıqlar – günün ilk yarısında ciddi problemlər yaranarsa, təlaşa düşməyin. Mənfi təmayüllərin təsiri güclü olsa da, bu situasiya uzun çəkməyəcək. Bir sıra məqamların uğurlu təsadüfi qarşınıza qoyduğunuz məqsədlərə daha sürətlə və effektiv şəkildə çatmağa imkan verəcək. Əməkdaşlıq üçün yaxşı zamandır.

Günün ikinci yarısında birgə layihəyə qatılın. Uzun müddətdən bəri görüşmədiyiniz insanla görüşə bilərsiniz.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Enerjinizi pozitiv məcraya yönəldin. İmiclə eksperimentlər uğurludur. Zahiri görünüşünüzün qayğısına qalın.

Milli.Az

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanın ilk ödənişli yolunda sürət həddi saatda neçə km OLACAQ?
Next: Azərbaycan Zəngəzuru bu cür alacaq – Kolerov

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-07 161423
  • Gündəm

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 160047
  • Cəmiyyət

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 153017
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

Cavidan 7 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 700)
  • Dünya (3. 443)
  • Gündəm (11. 930)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək Screenshot 2026-07-07 161423 1
  • Gündəm

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

7 İyul, 2026
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib Screenshot 2026-07-07 160047 2
  • Cəmiyyət

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

7 İyul, 2026
Generala yüksək vəzifə verildi Screenshot 2026-07-07 153017 3
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

7 İyul, 2026
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? Screenshot 2026-07-07 150315 4
  • Gündəm

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

7 İyul, 2026
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı bagca 5
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9700) Dünya (3443) Gündəm (11930) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.