İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “SOCAR Projects International” MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni kommersiya qurumu Dövlət Neft Şirkətinin (SOCAR) vaxtilə baş ofisinin yerləşdiyi, hazırda şirkətin “Azneft” İstehsalat Birliyinin ofisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir. //report//