Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
- Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
- Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Tbilisi prospekti, mərkəz istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.