Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • 240 manat rüşvət almışdı – 7 il 6 ay həbs verildi
  • Gündəm
  • Kriminal

240 manat rüşvət almışdı – 7 il 6 ay həbs verildi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirli bilinərək şərti cəza verilmiş əməkdaşı Cavid Məmmədovla
Cavidan 7 Oktyabr, 2023
gomruk

Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirli bilinərək şərti cəza verilmiş əməkdaşı Cavid Məmmədovla bağlı hökmdən verilmiş apellyasiya protestinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı etirazını əsaslandırıb.

Prokuror deyib ki, baxılan iş birinci instansiya məhkəməsində düzgün araşdırılmayıb, törədilən cinayətin ağırlığına münasibətdə yüngül cəza təyin edilib.

İttiham tərəfi çıxışında qeyd edib ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlığı, əvvəllər cinayət törətməməsi və gənc olması yüngülləşdirici hal kimi nəzərə alınıb ki, bu da şəxsin islah edilməsi, həm məhkum, həm də digərləri tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli sayıla bilməz.

Təqsirləndirilən şəxsin vəkili isə protestin rədd edilməsini, müvəkkilinə tətbiq edilmiş şərti cəzanın qüvvədə saxlanılmasını istəyib. Müdafiə tərəfi həmçinin sınaq müddətinin 1 ilə endirilməsini xahiş edib.

Qədim Babayevin sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini əsaslı, müdafiəçinin şikayətini əsassız hesab edib.

Qərara əsasən, Cavid Məmmədov rüşvət almaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrm edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda da yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 27 iyul tarixli hökmü ilə C.Məmmədova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilmiş, o, məhkəmə zalından azadlığa buraxılmışdı.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İsrail “Dəmir qılınc” antiterror əməliyyatına başlayıb
Next: İlham Əliyev Putinə zəng edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 145210
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 102620
  • Cəmiyyət

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 094125
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 681)
  • Dünya (3. 431)
  • Gündəm (11. 921)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-02 145210 1
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

2 İyul, 2026
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır Screenshot 2026-07-02 130551 2
  • Cəmiyyət

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

2 İyul, 2026
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var Screenshot 2026-07-02 123123 3
  • Cəmiyyət

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

2 İyul, 2026
“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib Screenshot 2026-07-02 113942 4
  • Cəmiyyət

“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib

2 İyul, 2026
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub Screenshot 2026-07-02 105613 5
  • Cəmiyyət

Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9681) Dünya (3431) Gündəm (11921) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.