Skip to content
29 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 771)
  • Dünya (3. 154)
  • Gündəm (10. 974)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (455)
  • Kriminal (1. 321)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Səbrli, təmkinli olun

Qoç – günün ilk yarısı çətin və qarışıq zamandır. Yaxın ətrafınızdakı insanların sizə ehtiyacı var. Bütün diqqəti öz işlərinizə
Cavidan 31 Avqust, 2023

Qoç – günün ilk yarısı çətin və qarışıq zamandır. Yaxın ətrafınızdakı insanların sizə ehtiyacı var. Bütün diqqəti öz işlərinizə ayırmağa çalışsanız da, buna nail olmayacaqsınız. Maliyyə problemləri yarana bilər. Ailə üzvləri və sevdiyiniz insanların sizə ehtiyacı var. Onların dediklərini qulaqardına vurmayın.

Günün ikinci yarısında yaxınlarınıza yardım edin. Amma bədxərcliyə yol verməyin. Bu və ya digər xərcin, məsrəfin zərurəti barədə düşünün.

Yeni tanışlarla ünsiyyət zamanı ehtiyatlı olun. Həddən artıq inanmayın. Belədə yalnız öz merkantil maraqlarının təimnatına çalışan insan sizdən yararlanmağa çalışacaq.

Buğa – köklü, ciddi dəyişikliklər vəd etməyən gündür. Önəmli məsələlərin həllini qısamüddətli də olsa, ertələyin. Yaşam potensialının səviyyəsi bir qədər aşağıdır. Səhər saatlarından etibarın özünüzü yorğun hiss etməmək üçün aktiv olun.

Günün ikinci yarısında fiziki işi təxirə salın. Fəqət passivləşməyin. Süstlük əhvalınızı korlaya bilər. Yorucu olmayan, maraqlı məşğuliyyət tapın. Həmin işin yerinə yetirilməsinə dostlar və tanışları da cəlb etmək olar.

Axşam saatlarında qohumlarla ünsiyyətdə fayda var.

Əkizlər – kommersiya fəaliyyəti ilə məşğul olursunuzsa, uğurlu gündür. Anlaşmalar və sövdələşmələr pis alınmayacaq. Yeni layihə və ya işlə bağlı məsələləri təhlil, müzakirə etmək, problemlər həll etmək olar.

Gəlirlər istisna deyil.

Planlaşdırılmamış məbləğ əldə olunacaq.

Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq. Axşam saatlarında aktiv istirahəti seçin. Dostlarla təmaslar yeni ideyalar, enerji verir.

Xərçəng – günün ilk yarısı uğurlu alınacaq. Əhvalınız o qədər də yaxşı olmaya bilər, amma bədbinləşməyin. Yaranmış problemlərin çözülməsində aktiv olun. Çox düşünməyin, çətinlikləri sürətlə həll etməyə can atın.

Yaranmış situasiyadan çıxış yolunu tapmaq üçün gərəkli informasiyanı əldə edin.

Pozitiv olun.

Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinizlə münaqişə etməyin. Qarşıdurma varsa, barışmağa çalışın. Romantik təmaslarda təşəbbüskar olun. Sevdiyiniz insanı təəccübləndirin. Darıxmayın.

Şir – mürəkkəb və yorucu işlərlə məşğul olmayın. Mühüm məsələlərin həlli, uzunmüddətli planların reallaşdırılması üçün əlverişli zaman deyil. Yaxın gələcəklə bağlı dəqiq planlar tərtib edin. Əvvəlcədən nəzərdə tutulmuş fəaliyyət planlarına riayət etmək asan deyil.

Günün ikinci yarısında qarşınıza çətin, əldə edilməsi mümkünsüz hədəflər qoymayın. Özünüzə inanmasanız, bədbinliyə qapılsanız, məqsədə çata bilməyəcəksiniz.

Axşam saatları alış-veriş üçün əlverişlidir. Kiçik, amma mühüm gəlirlər olacaq. Şəxsi münasibətlərdə köklü dəyişikliklər ehtimalı azdır. Ciddi problemlər də yaranmayacaq.

Qız – təxəyyülünüzün qurbanı olmayın, situasiyanı real dəyərləndirin. Arzularla illüziyalar əleyhinizə olacaq. Yazılmamış qanunları, ənənələri pozmayın. Başqalarının təcrübəsini nə qədər dəqiq qiymətləndirib effektiv bəhrələnsəniz, səhv etmək şanslarınız o qədər az olacaq.

Günün ikinci yarısında xoş sürprizlər istisna deyil. Xoş təklif, maraqlı xəbər və ya dəvət ala bilərsiniz.

Bəzi ideyalarınızın həyata keçirilməsi yaşamınızda müsbət dəyişikliklərin əsasını qoyacaq. Qətiyyətli, iradəli olun. Mövqelərinizdən geri çəkilməyin.

Tərəzi – günün ilk yarısında ünsiyyətlərinizdə sərvaxt və diqqətli olun. Yaxşı tanımadığınız insanlar problemlər yarada bilər. Bədxahlarla rəqibləri diqqətlə müşahidə edin.

Aillə üzvləri ilə təmaslarda sərinlik yaratmayın. Sevdiyiniz insanla münaqişə ola bilər.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların hissləri və niyyətlərini anlamağa çalışın. Onlar sizdən qayğıkeş davranış gözləyirlər.

Axşam saatları pis keçməyəcək. İntuisiyanız yaxşıdır. Uzun çək-çevir olmadan doğru qərarlar verin.

Əqrəb – əvvəllər başlanmış işlərin başa çatdırılması üçün günün ilk yarısı əlverişlidir. Genişmiqyaslı və önəmli layihəni bitirin. İşlərin sonucu gözləntilərinizə uyğun olmaya bilər. Hadisələrin məcrası və olayların inkişaf istiqaməti bədbinlik üçün heç bir səbəb olmadığını göstərir.

Günün ikinci yarısında yeni ideyalar və maraqlar yarana bilər. Yeni, gərəkli işə başlamaq, fərqli təcrübə əldə etmək üçün pis zaman deyil. Axşam saatlarını sakit, rəvan keçirin. Yeni tanışınızla ünsiyyətdə diqqətli, sayıq olun.

Təkliflərə aldanmayın.
 

Oxatan – günün ilk yarısında çətin qərar verməli olacaqsınız. Durum çətindir. Amma hər şeyin çox pis olduğunu düşünməyin. Az sonra anlayacaqsınız ki, gərginlik və bədbinlik üçün heç bir əsas yoxdur. Hadisələrin istənilən inkişaf istiqamətində vəziyyət pis olmayacaq.

Günün ikinci yarısında kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. Bahalı əşyalar almayın, bədxərclik etməyin. Məsrəflər üçün əlverişli zamanı deyil.

Fiziki işlə məşğul olmayın. Yorucu işi ertələyin. Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Xroniki ağrıların kəskinləşməsi istisna deyil.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq – geniş, böyük planlar qurmayın. Səfər və səyahət üçün əlverişli zaman deyil. Problemlər, çətinliklər, işlərin alt-üst olması ehtimalı var. Yaxın ətrafınızdakı insanların dediklərini absolyut həqiqət sayaraq hərəkət etməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün vaxti və qüvvələrinizi əsirgəməyin. Maraqsız işlərlə məşğul olmayın.

Günün ikinci yarısında yaxınlarınızla fikir ayrılıqları, ailə üzvlərindən biri ilə ixtilaf ola bilər. Yaxın ətrafınızdakı insanlar iradlarınızı kəskin və sərt, məsləhətlərinizi isə yersiz sayırlar.

Önəmli məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil.

Dolça – hətta ən mühüm qərarların asanlıqla qəbul ediləcəyi, ən çətin problemlərin çözüləcəyi zamandır. Nəyi nə zaman söyləməyi, hansı addım atmağın gərəkdiyini bilin. İndiyədək dil tapa bilmədiyiniz insanın könlünü almağı bacarın.

Şəxsi münasibətlərdə köklü dəyişikliklər zamanı deyil. Münaqişə və ixtilaflara yol verməməyə çalışın.

Səbrli, təmkinli olun.

Günün ikinci yarısı pis zaman deyil. Romantik təmaslarda irəliləyişlər olacaq.

Axşam saatları pozitiv emosiyalar vəd edir.

Balıqlar – asan olmayan gündür. Köhnə problemlər gündəmə gələcək. Həll olunmuş saydığınız xoşagəlməz məsələlər çözümünü tələb edir.

Yaxınlarınızla mübahisələr istisna deyil. Mövqelərinizi müdafiə etmək, eyni zamanda sakit və təmkinli davranmaq çətindir.

Konstruktiv müzakirəni qarşılıqlı suçlamalara və irad mübadiləsinə çevirməyin.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Səhhətinizdəki ən kiçik problem əhvalınızı korlayar, planlarınızı pozar. Gəlirlərdə gecikmə var. Lakin ciddi maliyyə problemləri yaşanmayacaq.
 

Milli.Az

Continue Reading

Previous: Şəhid Şahinin xanımı da tələbə adını qazandı
Next: Polietilen torbaların pullu olması nəyi dəyişdi? – VİDEO

Bölmənin digər xəbərləri

Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar
  • Cəmiyyət

Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar

28 Yanvar, 2026
Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR
  • Cəmiyyət

Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR

28 Yanvar, 2026
Amnistiya 14589 şəxsə şamil olunub
  • Cəmiyyət

Amnistiya 14589 şəxsə şamil olunub

28 Yanvar, 2026

Top 7 Xəbər

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam 1

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam

28 Yanvar, 2026
Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video 2

Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video

28 Yanvar, 2026
Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar 3

Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar

28 Yanvar, 2026
Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR 4

Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR

28 Yanvar, 2026
Amnistiya 14589 şəxsə şamil olunub 5

Amnistiya 14589 şəxsə şamil olunub

28 Yanvar, 2026
İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? – FOTOLAR 6

İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? – FOTOLAR

28 Yanvar, 2026
Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub 7

Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub

28 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 771)
  • Dünya (3. 154)
  • Gündəm (10. 974)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (455)
  • Kriminal (1. 321)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8771) Dünya (3154) Gündəm (10974) Kateqoriyasızlar (455) Kriminal (1321) Mədəniyyət (331) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam 28 Yanvar, 2026
  • Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video 28 Yanvar, 2026
  • Baş Prokurorluqda kollegiya iclası keçirildi – Fotolar 28 Yanvar, 2026
  • Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub – ADLAR 28 Yanvar, 2026
  • Amnistiya 14589 şəxsə şamil olunub 28 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.