Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, “Çermet” körpüsündən “20 Yanvar” metrostansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti, “Koroğlu” metrostansiyasının qarşısı, kənar və əsas yol, mərkəz istiqamətində;
4. “20 Yanvar” dairəsində;
5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
6. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.