Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Laçın şəhəri günüdür – VİDEO
  • Cəmiyyət
  • Gündəm

Laçın şəhəri günüdür – VİDEO

Bu gün Laçın şəhəri günü kimi qeyd olunur. Oxu.Az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən,
Cavidan 26 Avqust, 2023
Lacin-1

Bu gün Laçın şəhəri günü kimi qeyd olunur.

Oxu.Az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.

Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Sərəncamdan irəli gələrək, Azərbaycanda hər il 26 avqust Laçın şəhəri günü kimi qeyd ediləcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Mehriban Əliyevanın doğum günüdür
Next: Balaca qız Prezident və xanımını evlərinə dəvət etdi

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.