Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycan sərhədçisinə atəş açan iranlı qaçaqmalçıya AĞIR CƏZA
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan sərhədçisinə atəş açan iranlı qaçaqmalçıya AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda və digər cinayətlər törətməkdə təqsirləndirilən İran vətəndaşı Ağacan Nadirzadənin
Cavidan 15 Avqust, 2023
nLQFCYHprcJkoqEra0xeY1zACbxny7tjZTxiTyzN

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda və digər cinayətlər törətməkdə təqsirləndirilən İran vətəndaşı Ağacan Nadirzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 12-i saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub. Dövlət Sərhəd Xidmətinin sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb. Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq, sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər.
“Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq, sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Nəticədə bir nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olub. Yaralanan sərhəd pozucusuna dərhal tibbi yardım göstərilib və xəstəxanaya təxliyə edilib.

İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-ci il təvəllüdlü İran vətəndaşı Ağacan Nasir oğlu Nadirzadə olması müəyyən olunub. Ərazidə aparılan axtarış tədbirləri nəticəsində bir ədəd bağlamanın içərisində ümumi çəkisi yeddi kiloqram 935 qram olan narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Nikosayağı”nın keçirdiyi ağır qəzadan əvvəl SON PAYLAŞIMI – FOTO
Next: “Nikosayağı”nın düşdüyü qəzanın ANBAAN VİDEOSU

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 130754
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 123011
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 749)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (523)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib Screenshot 2026-07-15 145037 1
  • Dünya

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

15 İyul, 2026
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq Screenshot 2026-07-15 130754 2
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

15 İyul, 2026
Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı Screenshot 2026-07-15 123011 3
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

15 İyul, 2026
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib Screenshot 2026-07-15 114105 4
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

15 İyul, 2026
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib Screenshot 2026-07-15 111757 5
  • Cəmiyyət

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9749) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (523) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.