Gürcüstanın baş naziri İrakli Qaribaşvili dünən torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib.
Addim.az “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, axtarışda olan 50 nəfərdən 6-sı tapılıb. İnsanları təxliyə etmək üçün Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopterlərində təbii fəlakət yerinə xilasedicilər və polis əməkdaşları gəlib.
Hadisə nəticəsində 2 nəfərin meyiti tapılıb.