Skip to content
12 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 886)
  • Dünya (3. 186)
  • Gündəm (11. 110)
  • İdman (620)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 942)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Gündəm
  • Kriminal

Ərinə “Özüm bilərəm, kimlə istəsəm yataram” dedi və…- TƏFƏRRÜATLAR

Ağdam rayonu Təzəkənd qəsəbəsində həyat yoldaşı, beş uşaq anası 1985-ci il təvəllüdlü Tünzalə Əliyevanı xüsusi amansızlıqla qətlə yetirən
Cavidan 27 İyul, 2023

Ağdam rayonu Təzəkənd qəsəbəsində həyat yoldaşı, beş uşaq anası 1985-ci il təvəllüdlü Tünzalə Əliyevanı xüsusi amansızlıqla qətlə yetirən 1974-cü il təvəllüdlü Sahib İbadova hökm oxunub.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə S.İbadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla) və 221.2.2-ci (Xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il dekabrın 21-də baş verib. Məlum olub ki, cütlük 2006-cı ildə ailə qurub və onların birgə nikahından beş uşaqları dünyaya gəlib. Qətl törədilməzdən bir həftə öncə Tünzalə Sahibə ondan boşanmaq istədiyini deyib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən S.İbadovun sözlərinə görə o, Tərtər rayonunda usta kimi çalışarkən oğlu ona zəng edib və yaşadıqları evin həyətinə polis əməkdaşı gəldiyini bildirib:

“Dərhal evə getdim və həqiqətən də tanımadığım polis əməkdaşının həyətdə məni gözlədiyini gördüm. Polis mənə Tünzalənin məndən polis şöbəsinə şikayət etdiyini dedi, mən də şikayətin məzmununu soruşdum. Dedi ki, arvadın boşanmaq istəyir. Bu səbəbdən şikayət edib. Dedim ki, əgər Tünzalə boşanmaq istəyirsə məhkəməyə müraciət edə bilmək hüququ var”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Tünzalənin yanına gedib nə üçün ondan şikayət etdiyini soruşub:

“Tünzalə isə gecə mən yatandan sonra gizlicə telefonu götürüb sahə rəisini yığdığını dedi. Onun bu hərəkətindən sonra mən də boşanmaq qərarına gəldim. Bu səbəblə məhkəməyə müraciət etmək üçün əvvəlcə Ağdam Rayon Məhkəməsinə getdik. Məhkəmədə boşanmaq üçün ərizə vermək lazım olduğunu dedilər. Biz də vaxt olmadığından hadisə baş verənədək rəsmi müraciət edə bilmədik”.

O bildirib ki, hadisə günü spirtli içki qəbul edib:

“Evdəkilər yatdıqdan sonra yataq otağında Tünzalə ilə söhbət etməyə başladıq. Tünzaləyə onsuz da boşanacağımızı, amma nə üçün onun telefonunu gizli olaraq götürüb sahə rəisinə zəng vurmasını, ümumiyyətlə, həmin sahə rəisinin mobil nömrəsini haradan bilməsini soruşdum. O da mənə “yaxşı edirəm, sənin nə işinə qalıb?!”, – dedi. İsrarla Tünzalədən nə üçün boşanmaq istəməsini soruşdum. Dedi ki, qardaşı Əlibalanın yoldaşı Dürdanə ona boşanaraq uşaqları ilə Bakıya köçməsi barədə məsləhət verib. Bundan sonra Tünzalə də onun bu fikri ilə razılaşıb”.

S.İbadov bildirib ki, o, təkrar niyə boşanmaq istədiyini soruşduqda Tünzalə artıq onu istəmədiyini, həyatında başqa insanlar olduğunu bildirib:

“Dedi ki, 44 günlük vətən müharibəsi ərəfəsində tanışı Fəxri ilə yaxın münasibətdə olub. Nə üçün belə etdiyini soruşdum. O da “mal mənimdir özüm bilərəm” ifadəsini işlətdi”.

O bildirib ki, Tünzalənin bu sözü onu tamamilə özündən çıxarıb və qəfil durub yumruqla Tünzalənin üz nahiyəsindən zərbə vurub:

“Stulda əyləşmişdi. Daha sonra boğazından yapışıb boğmağa başladım. O arxası üstdə yerə yıxıldı. Mən də boğa-boğa stolun üzərində olan bıçağı götürüb boyun nahiyəsinə bir dəfə zərbə endirdim”.

S.İbadovun sözlərinə görə, o, əlindəki bıçaqla Tünzalənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub:

“Sonuncu zərbədə isə bıçağın tiyəsi yarıdan qırıldı. Sonra otaqdakı çarpayının ayaq hissəsində olan ət dəhrəsini götürüb yenidən Tünzaləyə zərbələr vurmağa başladım. O yüksək səslə çığıra bilməsə də sağa sola ağır-ağır hərəkətlər edirdi. Ölmədiyini görüb ət dəhrəsi ilə baş və boyun nahiyəsinə çoxsaylı zərbələr vurmağa davam etdim. Sonra Tünzalənin yerdə döşəmənin üzərində hərəkətsiz qalmasını görüb ət dəhrəsini elə meyitin yanında qoyub ayağa qalxdım, ayağım, üst-başım qan idi. Təmizlənib polis şöbəsinə getdim”.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin bacısı ifadəsində bildirib ki, Tünzalə əri Sahiblə bir-birlərini sevib ailə həyatı qurub və münasibətləri yaxşı olub. Lakin son illərdə aralarında mübahisələr yaranıb:

“Tünzalə ilə Sahibin dalaşmasına səbəb Sahibin mütəmadi olaraq spirtli içki qəbul etməsi idi. Sahib içki içdikdən sonra aqressiv olurdu, hər kəslə, xüsusilə də, Tünzalə ilə kobud rəftar edirdi, ona qarşı zor tətbiq edərək döyürdü. Ancaq onların bir ailə olmasını, beş azyaşlı uşaqlarının olmasını nəzərə alıb nə mən, nə qardaşım, nə də bacılarımız bununla bağlı polis şöbəsinə müraciət etmirdik. Sonuncu dəfə Tünzaləni üç il əvvəl gördüm, ikinci Qarabağ müharibəsi zamanı Tünzalə həm xalam oğlu Elşəngildə, həm də qardaşım Əlibalagildə qaldı. Həmin vaxtı da, Tünzalə əri Sahibin tez-tez spirtli içki içib onunla dalaşdığını deyirdi. Axırıncı dəfə qardaşım Elşən arvadı Dürdanə ilə birlikdə Sahibgilin evinə bayram münasibəti ilə qonaq getmişdi. Onda mən də telefonla danışdım, Tünzalə ilə hal-əhval etdik, hər şeyin yaxşı olduğunu dedi. Ondan sonra da əlaqəmiz olmadı. Sahib rayon prokurorluğuna düzgün olmayan məzmunda ifadə verib. Tünzalə ilə hər hansı şəxs arasında yaxın münasibəti olmayıb, Sahib yəqin ki, öz məsuliyyətini yüngülləşdirmək məqsədilə belə ifadə verib”.

Continue Reading

Previous: “Qardaşımın nə problemi ola bilərdi?” – Taleh Qaraşov
Next: Mövlud Süleymanlı “Şərəf” ordeni ilə təltif edilib

Bölmənin digər xəbərləri

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI
  • Gündəm

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral, 2026
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib
  • Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib

12 Fevral, 2026
Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM
  • Gündəm

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM

12 Fevral, 2026

Top 7 Xəbər

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI 1

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral, 2026
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib 2

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib

12 Fevral, 2026
Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM 3

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM

12 Fevral, 2026
Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb 4

Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb

12 Fevral, 2026
2026-cı ilin ilk ayında büdcə gəlirləri proqnozu üstələyib 5

2026-cı ilin ilk ayında büdcə gəlirləri proqnozu üstələyib

12 Fevral, 2026
Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır 6

Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır

11 Fevral, 2026
Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq 7

Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq

11 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 886)
  • Dünya (3. 186)
  • Gündəm (11. 110)
  • İdman (620)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 942)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8886) Dünya (3186) Gündəm (11110) Kateqoriyasızlar (462) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2942) Texnologiya (14) İdman (620) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI 12 Fevral, 2026
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib 12 Fevral, 2026
  • Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM 12 Fevral, 2026
  • Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq ölüb 12 Fevral, 2026
  • 2026-cı ilin ilk ayında büdcə gəlirləri proqnozu üstələyib 12 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.