Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda pensiya yaşı azaldıla bilərmi? – AÇIQLAMA
  • Cəmiyyət

Azərbaycanda pensiya yaşı azaldıla bilərmi? – AÇIQLAMA

Azərbaycanda pensiyaçıların sayı üzrə 2022-ci və 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, əvvəlki illərdə olduğu kimi,
Cavidan 11 Noyabr, 2021
1636627138.1609483986.555

Azərbaycanda pensiyaçıların sayı üzrə 2022-ci və 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də pensiyaçıların sayında azalma baş verəcək.

Bu, Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb. Rəydə qeyd olunub ki, təqdim edilmiş proqnoz göstəricilərinə əsasən, cari ilin sonunda pensiyaçıların sayı ilin əvvəli ilə müqayisədə 26,5 min nəfər azalacaq ki, bu da yaşa görə pensiya ilə təmin ediləcək şəxslərin sayının 10,1 min nəfər, əlilliyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının 19,6 min nəfər azalması, ailə başçısını itirməyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının isə 3,2 min nəfər artması hesabına baş verəcək.

Pensiya yaşının artırılması da bu saya təsir edir. Pensiya yaşının çox olması müzakirə olunan məsələlərdən biridir. Ümumiyyətlə, yaxın illərdə pensiya yaşının azaldılması gözlənilirmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bununla bağlı Unikal.org-a açıqlamasında bildirib ki, pensiyaçıların sayının dəyişməsi bir neçə səbəblə bağlıdır.

Onun sözlərinə görə, xüsusən qadınlar üçün pensiya yaşının artırılması pensiyaçıların sayına təsir göstərir:

“Artıq kişilərdə pensiya yaşı 65-dir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, əsassız pensiya alanların pensiya ödənişlərinə baxılır və hansılar ki, əsassız olaraq müəyyənləşib, onların ləğv edilməsi həyata keçirilir. Digər tərəfdən dünyasını dəyişənlərin olması pensiyaçıların sayına birbaşa təsir göstərir”.

Deputat qeyd edib ki, pensiya yaşının baxılması müzakirə edilən məsələlərdən biridir:

“Bununla bağlı bir neçə millət vəkili tərəfindən təkliflər irəli sürülmüşdü. Düşünürəm ki, pensiya islahatlarına yenidən baxılması və müzakirə olunması daha məqsədəuyğun olardı. Əgər şəxs pensiya yaşına çatmadan dünyasını dəyişirsə, bundan istifadə edə bilmirsə, pensiya hesabında yığılmış vəsaitin vərəsələrinə ötürülməsi, eyni zamanda pensiya yaşının xanımlar və kişilər üçün diferensial müəyyənləşdirilməsi məsələlərinə baxıla bilər. Pensiya ilə bağlı həyata keçirilən islahatların yenidən müzakirəsi, bununla bağlı fərqli tərəflərin rəyinin alınması və bu istiqamətdə təkmilləşdirmənin davam etdirilməsi məqsədəuyğun olardı”, – deyə V.Bayramov vurğulayıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Generalın qardaşı yeni şöbə müdiri təyin etdi
Next: Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.