Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Magistraturaya ixtisaslaşma seçimi başlayır
  • Cəmiyyət
  • Gündəm

Magistraturaya ixtisaslaşma seçimi başlayır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki,
Cavidan 6 İyul, 2023
1688626218_Magistratura

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, 2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 2023-cü il iyulun 6-dan 13-dək aparılacaq.

İxtisaslaşma seçiminə magistraturaya fevralın 19-da və iyunun 11-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar 2023-cü il iyulun 6-dan iyulun 13-dək (saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub).

“Magistr” jurnalının 4-cü nömrəsini “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

İxtisaslaşma seçimi elanının tam mətni DİM-in saytında yerləşdirilib.

Qeyd: “SABAH” qrupları üzrə ixtisaslaşmaları iyulun 3–10-da müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından uğurla keçmiş bakalavrlar seçə bilərlər. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində tələbələrin qeydiyyatı aparılır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Tarif Şurası bu qiymətlərə yenidən baxacaq – Video
Next: İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 170212
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 161255
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 130754
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 751)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Screenshot 2026-07-15 170212 1
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

15 İyul, 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Screenshot 2026-07-15 161255 2
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

15 İyul, 2026
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-15 155622 3
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul, 2026
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər Screenshot 2026-07-15 152001 4
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

15 İyul, 2026
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib Screenshot 2026-07-15 145037 5
  • Dünya

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9751) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (524) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.