Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 152)
  • Gündəm (10. 962)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin

Qoç – enerjili, aktiv olun. Qətiyyətli davranın, iradəli qərarlar verin. Çətin işi yerinə yetirmək üçün tərəfdaş və ya yardımçı
Cavidan 9 İyun, 2023

Qoç – enerjili, aktiv olun. Qətiyyətli davranın, iradəli qərarlar verin. Çətin işi yerinə yetirmək üçün tərəfdaş və ya yardımçı cəlb etsəniz, daha yaxşı nəticələrə nail ola bilərsiniz. Könüllü əməkdaşlıq, qohumlarla intensiv təmaslar, həmkarlarla birgə planların qurulması üçün pis gün deyil.

Sükan arxasında çox vaxt keçirməyin. Axşam saatlarında ailənin problemlərini düşünün, yaxınlarınızın düşdüyü situasiyanı təhlil edin. Bəzi məsələlərlə bağlı izafi aqressiv olmayın.

Buğa – dünənki situasiyanın davamı olan hadisələrin axarını öz xeyrinizə çevirin. Faydalı əlaqələr qurun. Yaxın gələcəkdə karınıza gələ biləcək təmaslarda aktiv olun. Xırdalıqlara diqqət yetirin. Saatlar keçdikcə işlərinizdə harmoniya və əlverişli nüansların sayı artacaq. Qohumlara baş çəkmək, ailəvi istirahət üçün yaxşı vaxtlardır. Yaxın ətrafınızdakı insanlardan biri ilə bağlı xoş xəbər alacaqsınız.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər – səhər saatlarından etibarən süst və tənbəl olmayın. Müzakirələr, informasiya axtarışları, texnika ilə bağlı iş, təmir, quraşdırma və avadanlıqların yenilənməsi zamanıdır. Fiziki işlə də məşğul olmaq olar. Rasionunuza fikir verin, tamahkarlıq etməyin. Səhhətinizin qeydinə qalın.

Yaşam tonusunun aşağı düşməməsi üçün zəruri təmrinləri yerinə yetirin.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng – tərəfdaş və ya həmkarlardan biri ilə yeni əməkdaşlığa başlamaq olar. Müzakirə və diskussiyaların vaxtını uzatmayın. Sözdən işə keçmək zamanıdır.

Ailənin maraqlarını ön plana çəkin. Məsləhətlərdən faydalanın. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, deyilənlərə laqeyd yanaşmayın. Axşam saatlarına yaxın pozitiv olun, öz işlərinizi tamamlamağa çalışın.

Kütlədən ayrılın, fərqli olun. Gərəkli insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.

Şir – günün ilk yarısında qeyri-standart məsələləri həll etmək məcburiyyətində qalacaqsınız. Qohumlar, dostlar və ya qonşular dadınıza çatacaq. Aktual məqamla bağlı kollektiv mövqenin formalaşdırılması, diskussiyanın başa çatdırılması üçün əlverişli zamandır. Təmaslar səthi, hərdəmxəyal olmasın.

Axşam saatlarına yaxın səmimi və xoş ünsiyyətə zərurət duyulucaq. Psixoloji komforta, təhlükəsizliyə ehtiacınız var.

Musiqi, dinlə maraqlanacaqsınız.

Qız – işlərinizi qaydaya salın, yaranan problemləri növbə ilə həll etməyə can atın. Alış-veriş üçün əlverişli zamandır. İndiyədək görməyi unutduğunuz işləri başa vurun. İşlərlə bağlı olaraq harasa yollanmaq gərək olacaq.

Yaxın gələcəklə bağlı planlarda miqyas böyüyəcək. Qohumlardan və ya tanışlardan birinin sizə ehtiyacı var. Qəflətən romantikə, illüziyalara qapılan avantüristə çevrilməyin. Praqmat olun, məqsədlərinizə çatmaq üçün zəruri bildiyiniz vasitələrdən istifadə edin.

Tərəzi – əhvalınızdakı müvazinəti pozmayın, bədbinliyə qapılmayın. Üzləşdiyiniz çətinlikləri başqalarından yardım istəmədən, kənardan kömək gözləmədən həll edin. Müstəqil olun, kimsənin qarşısında əyilməyin. Zəifləri kimsə sevməz. Reallıqla çox az əlaqəyə malik tələbatlar və istəklər sizi yanlış yola apara bilər.

Şərtlərin uğurlu olması, situasiyanın əlverişli məcrada yer alması sizdə emosional eyforiya yaratmasın. Köhnə səhvləri təkrarlamayın. Bacara bilməyəcəyiniz işə başlamayın, boş vədlər verməyin.

Əqrəb – səhər saatlarından etibarın başqalarının problemi ilə məşğul olmaq o qədər də yaxşı seçim deyil. Öz maraqlarınızı unutmayın. Mənafelərinizi başqalarının istəklərinə qurban verməyin. Romantik görüş ola bilər.

Musiqi, mütailə istəyi olsa da, bu arzuları daha münasib zamana saxlayın. Ətrafınızdakı vurnuxmanın təsiri altına düşməyin. Mövqeyinizi və fikirlərinizi aşkar bildirin. Kölə olmayın, azadlığınızı və sərbəstliyinizi başqalarına hədiyyə verməyin. Yeni, genişmiqyaslı planlar qurmaq olar.

Axşam saatlarında dəvət aldığınız yerə qatılın.

Oxatan – günün ilk yarısında tənha qalmayın. Ümumi məqsədə doğru tərəfdaşlarla və şəriklərlə irəliləmək olar. Həmfikirlərin dediklərinə qulaq asın. Saatlar keçdikcə, sadəcə, tərəfdaş rolu ilə barışmaq istəməyəcəksiniz. Maraqlarınızın tapdandığını, kimlərinsə öz davranışı ilə ləyaqətinizi alçaltdığını düşünəcəksiniz.

Belə hisslərə görə yaxın ətrafınızdakı insanlarla münasibətlərdə psixoloji gərginlik yaratmayın. Axşam saatlarına yaxın liderlik məziyyətlərinizi nümayiş etdirin.

Ailə üzvlərinin qayğısına qalın.

Oğlaq – cari və rutin işlər bir qədər darıxdırıcı olsa da, onları yerinə yetirmək gərəkdir. Yarımçıq işlər irəliləyişinizə maneələr yaradacaq. Yaşananlara neytral, emosiyalar olmadan yanaşmaq çox çətindir.

Səbəb isə istedadsız insanların dühadan, yaramazların ləyaqətdən danışmalarıdır. Təmkinli olun, belələrinə fikir verməyib öz işlərinizlə məşğul olun. Yaxınlarınızla təmaslarda emosional amil ön plana çıxmasın.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Rəğbət bəsləmədiyiniz insanlarla təmasları minimuma endirin.

Paxıllıq, qısqanclıq, qıcıq problemlər yaradacaq. 

Dolça – səhər saatlarından etibarən təşəbbüskar olun, bilik və bacarıqlarınızı nümayiş etdirin. Saatlar keçdikcə fəaliyyət tempini aşağı salmayın. Qüvvənizə inanın. Qarşılıqlı münasibətlərdə pozitiv məqamlar olacaq.

Günün ikinci yarısında ailə və məişət qayğıları ön plana keçəcək. Səhhətinizə fikir verin.

Tapşırıqların mexaniki şəkildə yerinə yetirilməsi ilə kifayətlənməyin. Orijinal, qeyri-standart yolları seçin.

Balıqlar – şəxsi münasibətlərdəki problemləri aktiv şəkildə həll edin. Yaxın ətrafınızdakı insanlara, xüsusilə də ailə üzvlərinə güzəştlərə gedin. Onların yardım istəklərini qulaqardına vurmayın. Məsləhətlərdə xeyir var. ehtiyac olarsa, işlərin bir qismini etibar etdiyiniz insanlara tapşırın.

Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.

Görüş, danışıqlar, rəğbət bəslədiyiniz insanlarla təmaslar üçün münasib zamandır.

Milli.Az

Continue Reading

Previous: NATO Kosovo Qüvvələrinə komandanlıq oktyabrda Türkiyəyə keçəcək
Next: Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

Bölmənin digər xəbərləri

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək
  • Dünya

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026
Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb
  • Cəmiyyət

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
  • Cəmiyyət

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026

Top 7 Xəbər

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 1

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026
Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 2

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 3

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026
Məcnun Məmmədova iki yeni müavin təyin edilib 4

Məcnun Məmmədova iki yeni müavin təyin edilib

27 Yanvar, 2026
Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 5

Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır

27 Yanvar, 2026
Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb 6

Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb

27 Yanvar, 2026
Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub 7

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 152)
  • Gündəm (10. 962)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8761) Dünya (3152) Gündəm (10962) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 27 Yanvar, 2026
  • Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 27 Yanvar, 2026
  • Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 27 Yanvar, 2026
  • Məcnun Məmmədova iki yeni müavin təyin edilib 27 Yanvar, 2026
  • Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.