Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Sığorta şirkətləri genişmiqyaslı hücuma hazırlaşır”

“Evlərin icbari sığortalanması məsələsi yenidən gündəmə gəlib. Mətbuatda gedən məlumata görə, iyun ayının 1-dən yeni elektron sistemin işə
Cavidan 19 May, 2023

“Evlərin icbari sığortalanması məsələsi yenidən gündəmə gəlib. Mətbuatda gedən məlumata görə, iyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Əslində daşınmaz əmlakın məcburən sığortalanması tələbi qanunvericilikdə çoxdan nəzərdə tutulub”.

Bu sözləri iqtisadçı Samir Əliyev “Sığorta şirkətləri genişmiqyaslı hücuma hazırlaşır və ya evlərin icbari sığortası barədə” adlı yazısında qeyd edib.

O bildirib ki, 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunun 35.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir: “2015-ci ildə qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində qeyd edilir ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Qanuna 2016-cı ildə edilmiş əlavəyə görə cərimə edilmiş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Ancaq 20 gündən sonra təkrarən cərimə tətbiq oluna bilər.

2019-cu ildə bu məsələ gündəmə gələndə cəmiyyətin təpgisi nəticəsində sığorta şirkətləri geri çəkilməyə məcbur oldu. O dövrdə bununla bağlı fikrimi yazmışdım, yenidən xatırlatmağa lüzum görürəm.

Qeyd edim ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür”.

S. Əliyev qeyd edib ki, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir: “Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. Bunun avtomobillərin icbari sığortası ilə qarışdırmaq düz deyil. Çünki avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında tətbiq edilir. Mənzillərin sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır”.

İqtisadçı yazır ki, cərimə mexanizmi işləməyəcək: “Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər. Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq”.

S. Əliyev əlavə edib ki, elə ərazilər (evlər bir-birinin içində) və evlər (tikinti normalarına cavab vermir) var ki, sığorta şirkətləri üçün cəlbedici deyil, yəni heç bir şirkət maraqlı olmayacaq onlarla müqavilə imzalasın: “Bu halda qanunvericiliyin icrası necə olacaq?”

“Qafqazinfo”

Continue Reading

Previous: Həftəsonu rayonlarda hava necə olacaq?
Next: “Sülh istəyirsə, niyə 100 milyonlarla dollarlıq silah alır?!”

Bölmənin digər xəbərləri

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir
  • Dünya

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
  • Cəmiyyət

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb
  • Dünya

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026

Top 7 Xəbər

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 1

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 2

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 3

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 4

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 5

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 6

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 7

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9080) Dünya (3264) Gündəm (11409) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 14 Mart, 2026
  • Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 14 Mart, 2026
  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.