Skip to content
16 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Hər on uşaqdan üçündə skolioz əlamətləri müşahidə edilir – HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ
  • Cəmiyyət
  • Gündəm

Hər on uşaqdan üçündə skolioz əlamətləri müşahidə edilir – HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ

Uşaqlar arasında skolioz halları artıb. Hər il bu problemlə üzləşən uşaqların sayında yüksəliş müşahidə olunur. Demək olar ki,
Cavidan 18 May, 2023
FotoJet - 2022-12-27T112939.403 (1)

Uşaqlar arasında skolioz halları artıb. Hər il bu problemlə üzləşən uşaqların sayında yüksəliş müşahidə olunur. Demək olar ki, hər on uşaqdan üçündə qamət əyriliyi və skolioz əlaməti var.

Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.

Mərkəzin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalovanın sözlərinə görə, uşaqların sürətli boy artımı dövründə valideynlər çox diqqətli olmalı, skolioza aid istənilən şübhə yarandığı zaman həkimə müraciət etməlidirlər:

“Skolioz etioloji faktora görə həm anadangəlmə, həm də sonradan qazanılan əsas iki növə bölünür. Anadangəlmə skolioz adətən onurğa sütununun və qabırğaların anadangəlmə anomaliyaları və digər bir sıra səbəblərdən yarana bilər. Qazanılan skolioz isə müxtəlif səbəblərdən yaranır. Anadangəlmə çanaq oynağının çıxığı, diz və bud-çanaq oynağında kontrakturalar və bu qəbildən olan səbəblərdən yarana bilər. Bundan əlavə, uşaqlarda idiopatik skolioza da çox rast gəlinir”.

Skolioz onurğa sütununun frontal (yana əyilmə) səthdə davamlı olaraq əyilməsidir. Bu, əsasən, uşaqlarda erkən yaşlarda başlayır, məktəb dövründə isə bir qədər də inkişaf edir.

Həkim G.Acalova bildirir ki, skolioz ən çox sürətli boyatma dövründə və məktəb yaşlı uşaqlarda müşahidə edilir. Bu, qızlarda 11-13, oğlanlarda isə 14-16 yaşı əhatə edir:
“Skoliozu müayinə etmək üçün həm kliniki, həm də rentgenoloji metodlardan istifadə edilir. Kliniki olaraq müayinə zamanı onurğa sütununa və uşağa öndən, yandan və arxadan baxılır. Öndən baxış zamanı uşaqlarda qamətin əyilməsi, həmçinin, körpücük sümüyünün, baş və üzün assimmetriyası, döş qəfəsinin deformasiyası, göbəyin orta xətdən bir qədər kənara çıxması kimi hallar müşahidə edilir. Arxa hissədən baxdıqda əsasən, kürək sümüklərində assimmetriya, fəqərələrin çıxıntılarındakı deformasiyaları görmək olar. Yandan baxdıqda isə kifozun daha qabarıq olduğu görünür. Dəqiq diaqnoz qoyulması üçün rentgenoloji müayinələr aparılır. Bu zaman uşaqlarda ayaqüstü ön və arxa proyeksiyada, uzanıqlı vəziyyətdə rentgen çəkilir. Bununla da skoliozun dördüncü dərəcəsi müəyyənləşdirilir”.

Mütəxəssisin sözlərinə görə, skolioz zamanı dörd əyilmə dərəcəsi yaranır. Birinci halda 10, ikincidə 25, üçüncüdə 40, dördüncü halda 40 dərəcədən yuxarı deformasiya müşahidə edilir.
Uşaqlarda skoliozun müalicəsi əsasən, konservativ və bəzən də cərrahi yolla aparılır. Konservativ müalicə zamanı birinci və ikinci dərəcə skolioz olan uşaqlara ağır əşyaları götürmək tövsiyə edilmir, düzgün hərəkət və yataq rejimi təyin olunur. Eyni zamanda bu cür proqressivləşmiş skoliozlarda uşaqlara müalicəvi bədən tərbiyəsi, masaj kursları, üzgüçülük və elektrostimulyasiya ampilpus aparatı təyin edilir. Üçüncü və dördüncü dərəcəli skoliozlarda isə artıq cərrahi əməliyyatlara ehtiyac yaranır.

“Təxminən 10-14 yaşa qədər xəstənin cərrahi əməliyyata məruz qalması məsələsi dəqiq müəyyənləşməlidir. 17-18 yaş ərzində isə əməliyyat icra edilməlidir. Bu səbəbdən də hər bir valideyn bu mövzuda diqqətli olmalıdır. Zamanında addım atılmalıdır. Uşaqlarda kürək, körpücük sümüklərində assimmetriya, döş qəfəsində deformasiya, oma-qalça nahiyəsində deformasiya müşahidə edilərsə, mütləq həkimə müraciət edilməli, zamanında lazımi tədbirlər görülməlidir

Bütün hallarda onurğa sütununda deformasiyaların yaranmaması üçün zamanında uşaqları düzgün oturmağa, düzgün yeriməyə, xüsusi ilə məktəb yaşlı uşaqlarda partada düzgün oturmaq kimi vərdişlər aşılamaq lazımdır”, – deyə həkim qeyd edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Putin cəmi iki nəfərə hörmət edir, onlardan biri Ərdoğandır” – KQB zabiti
Next: “Zəngilan” tankeri yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir – Nazir

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-16 113003
  • Cəmiyyət

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 110559
  • Cəmiyyət

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 094314
  • Dünya

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

Cavidan 16 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 754)
  • Dünya (3. 456)
  • Gündəm (11. 954)
  • İdman (675)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 414)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib Screenshot 2026-07-16 113003 1
  • Cəmiyyət

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

16 İyul, 2026
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb Screenshot 2026-07-16 110559 2
  • Cəmiyyət

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

16 İyul, 2026
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi Screenshot 2026-07-16 100051 3
  • Kriminal

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

16 İyul, 2026
Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb Screenshot 2026-07-16 094314 4
  • Dünya

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

16 İyul, 2026
“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır fYORGB3pTV v 5
  • Gündəm

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

16 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9754) Dünya (3456) Gündəm (11954) Kateqoriyasızlar (524) Kriminal (1414) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (675) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.