Skip to content
17 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 911)
  • Dünya (3. 196)
  • Gündəm (11. 150)
  • İdman (623)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 334)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 944)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İdman
  • Gündəm
  • İdman

Azərbaycan ilk dəfə Avropa Kuboku turnirinə ev sahibliyi edəcək

Mayın 6-7-də Göygöl şəhərində tarixdə ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək. Azərbaycan
Cavidan 3 May, 2023

Mayın 6-7-də Göygöl şəhərində tarixdə ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq. 

EJU-nun rəsmi səhifəsində turnirlə bağlı çıxan məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır və nəticədə yüksək rəqabətli komanda yaranıb: 

“Azərbaycan komandası həm oğlanlarda, həm də qızlarda Avropa Turu silsiləsinə daxil olan yarışlarda nəzərə çarpan nəticə əldə edib. Belə ki, aprelin əvvəlində Çexiyada keçirilən Avropa Kuboku yarışında Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Eynilə, komanda mart ayında Zaqrebdə baş tutan analoji turnirdə də əlamətdar nəticə əldə edib”. 

Müəllif qeyd edir ki, Göygöldəki yarışda Azərbaycan milli yığmasının öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcəyi indidən bəllidir.

Daha sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədlinin tək böyüklər arasında deyil, həm də gənclər və yeniyetmələr arasında yarışlarda Azərbaycan milli yığmasının yanında olduğu və bu yarışın Azərbaycanda təşkil edilməsindən böyük məmnunluq duyduğu qeyd edilir.

“Olimpiya çempionu və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi mən çox şadam ki, ölkəmiz Göygöldə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək. Bu tədbir gənc idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir.

Əlavə olaraq onu da qeyd edim ki, bu il Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Göygöldə belə bir mötəbər yarışın keçirilməsi ulu öndərin müəyyən etdiyi tərəqqi yolunda güclü və çiçəklənən Azərbaycan üçün idmanın və bədən tərbiyəsinin inkişafına yaxından diqqət göstərilməsi vəzifəsinin yerinə yetirilməsinə və ölkəmizin beynəlxalq aləmdə güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.

Həmçinin, turnirin Göygöldə keçirilməsi cənab Prezident İlham Əliyevin idmanın regionlarda kütləviləşdirilməsi ilə bağlı verdiyi istiqamətə və tapşırıqlara uyğundur. Prezident İlham Əliyev idmanın sağlam həyat tərzi, milli qürurun və beynəlxalq əməkdaşlığın təşviqi üçün güclü vasitə olduğunu dəfələlərlə bəyan edib. Buna görə də bizim üçün belə bir turnirin təşkili böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Avropanın hər bir yerindən yeniyetmə cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, – deyə Elnur Məmmədli EJU-nun saytına verdiyi müsahibəsində bildirib.

Continue Reading

Previous: Azərbaycan Prezidenti: “Biz regionda baş verən proseslərə göz yuma bilmərik”
Next: Prezident ermənilərin Şuşadakı vandalizmindən DANIŞDI

Bölmənin digər xəbərləri

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
  • Cəmiyyət

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

16 Fevral, 2026
Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb
  • Dünya

Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb

16 Fevral, 2026
Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ
  • Cəmiyyət

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

16 Fevral, 2026

Top 7 Xəbər

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib 1

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

16 Fevral, 2026
Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb 2

Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb

16 Fevral, 2026
Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ 3

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

16 Fevral, 2026
Türkiyədə mədəndə uçqun baş verib 4

Türkiyədə mədəndə uçqun baş verib

16 Fevral, 2026
Azərbaycan 2025-ci ildə Suriyaya 120 mln. dollarlıq qaz ixrac edilib 5

Azərbaycan 2025-ci ildə Suriyaya 120 mln. dollarlıq qaz ixrac edilib

16 Fevral, 2026
Putin mayın sonunda Qazaxıstana dövlət səfərinə gedəcək 6

Putin mayın sonunda Qazaxıstana dövlət səfərinə gedəcək

16 Fevral, 2026
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb 7

Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

16 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 911)
  • Dünya (3. 196)
  • Gündəm (11. 150)
  • İdman (623)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 334)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 944)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8911) Dünya (3196) Gündəm (11150) Kateqoriyasızlar (462) Kriminal (1334) Mədəniyyət (335) Siyasət (2944) Texnologiya (14) İdman (623) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib 16 Fevral, 2026
  • Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb 16 Fevral, 2026
  • Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ 16 Fevral, 2026
  • Türkiyədə mədəndə uçqun baş verib 16 Fevral, 2026
  • Azərbaycan 2025-ci ildə Suriyaya 120 mln. dollarlıq qaz ixrac edilib 16 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.