
Şamaxıda 29 yaşlı şəxs 18 yaşlı əmisi oğlunu qətlə yetirib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, aprelin 22-də rayonun Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Hacıyevin iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.