Skip to content
11 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 057)
  • Dünya (3. 258)
  • Gündəm (11. 378)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • İqtisadiyyat
  • İqtisadiyyat

Gələn il manatın məzənnəsi dəyişəcək? – AÇIQLAMA

2022-ci ildə manatın məzənnəsinin necə olacağı ən çox verilən suallardandır. Mərkəzi Bank milli valyutanın məzənnəsinə heç bir təhdid
Cavidan 2 Noyabr, 2021

2022-ci ildə manatın məzənnəsinin necə olacağı ən çox verilən suallardandır. Mərkəzi Bank milli valyutanın məzənnəsinə heç bir təhdid olmadığını bəyan edib. Bəs, manat dəyər itirə və ya möhkəmlənə bilərmi?

İqtisadçı deputat Vüqar Bayramov Unikal.org-a bildirib ki, Mərkəzi Bank neftin dünya bazar qiymətinin yüksək olmasının manatın məzənnəsinin potensial möhkəmlənməsi istiqamətində təsir yaratdığını qeyd edib.

Onun sözlərinə görə, bu ölkəyə daxil olan valyutanın həcminin artması ilə əlaqələndirilir.

“Baş bankda bəyan edilib ki, manatın məzənnəsinin möhkəmlənməsinə əhəmiyyətli təzyiq var və bu da Azərbaycanın iqtisadi siyasətinə uyğun deyil. Bununla yanaşı, neftin qiymətində artımlar davam etsə də belə manatın məzənnəsinin xarici valyutalara, xüsusən də dollara nisbətən möhkəmlənməsi inandırıcı deyil. Mərkəzi Bank da manatın möhkəmlənməsində maraqlı görsənmir. Əslində bu hal ixrac olunan qeyri-neft məhsullarını xarici bazarlarda daha da bahalaşdıra bilər. Buna görə də, milli valyutanın məzənnəsinin möhkəmlənməsi indiki halda gündəmdə deyil.

Bütövlükdə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir”.

Gələn il manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA

Deputat qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutaların məzənnəsində kəskin azalmalar müşahidə olunurdu.

“Nəticə etibarilə region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır.

Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Nəticə etibarilə Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Continue Reading

Previous: Siqaretin qiyməti bahalaşacaq – Rüsum artırılır
Next: Vergi Məcəlləsində dəyişikliklər büdcə gəlirlərini nə qədər artıracaq?

Bölmənin digər xəbərləri

Azərbaycan nefti ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

11 Mart, 2026
Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək
  • İqtisadiyyat

Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək

5 Mart, 2026
Qızılın qiyməti 5 300 dolları ötdü
  • İqtisadiyyat

Qızılın qiyməti 5 300 dolları ötdü

2 Mart, 2026

Top 7 Xəbər

Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI 1

Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI

11 Mart, 2026
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq 2

İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq

11 Mart, 2026
Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub 3

Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub

11 Mart, 2026
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub 4

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub

11 Mart, 2026
Zelenski: Rusiya-İran əməkdaşlığı Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər 5

Zelenski: Rusiya-İran əməkdaşlığı Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər

11 Mart, 2026
Azərbaycan nefti ucuzlaşıb 6

Azərbaycan nefti ucuzlaşıb

11 Mart, 2026
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır 7

Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır

10 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 057)
  • Dünya (3. 258)
  • Gündəm (11. 378)
  • İdman (634)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9057) Dünya (3258) Gündəm (11378) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (634) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Baş nazir hərbçilərin maaşı ilə bağlı qərar İMZALADI 11 Mart, 2026
  • İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq 11 Mart, 2026
  • Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub 11 Mart, 2026
  • “Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub 11 Mart, 2026
  • Zelenski: Rusiya-İran əməkdaşlığı Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər 11 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.