Skip to content
9 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Zakir Həsənov azad edilmiş ərazilərə getdi – Tapşırıqlar verdi (VİDEO)
  • Cəmiyyət
  • Gündəm

Zakir Həsənov azad edilmiş ərazilərə getdi – Tapşırıqlar verdi (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı
Cavidan 8 Aprel, 2023
1680934187.1cb8837259e0881bf085ba2dc815d3d5

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib.

Müdafiə naziri ilk olaraq yeni istifadəyə verilmiş texniki-təmir məntəqəsində görülən işlərlə tanış olub.

Məruzə edilib ki, texniki-təmir məntəqəsində avtomobil, zirehli texnika, eləcə də raket-artileriya silahlarının cari və orta təmirinin aparılması üçün bütün imkanlar yaradılıb. Məntəqədə ehtiyat hissələrin saxlanılma anbarı da mövcuddur.

Sonra rəhbər heyət Birləşmiş Anbarlar Mərkəzində və yeni istifadəyə verilən Raket-Artileriya Silahları anbarında olub.

Yaradılan infrastrukturla tanış olan müdafiə nazirinə Azərbaycan Ordusunun müvafiq istiqamətdə dislokasiya olunan bölmələrini silah və döyüş sursatı ilə fasiləsiz təmin etmək üçün anbarda bütün növ şəraitin yaradıldığı barədə məlumat verilib.

Bildirilib ki, yeni istifadəyə verilən anbarda silah və döyüş sursatının müxtəlif iqlim şəraitində uzun müddətli saxlanılması zamanı keyfiyyətinin qorunması üçün müasir standartlara cavab verən şərait mövcuddur.

Birləşmiş Anbarlar Mərkəzinin və yeni istifadəyə verilən hərbi infrastrukturun imkanları ilə tanış olan müdafiə naziri xüsusilə sərt iqlim və kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin fasiləsiz təminatı, o cümlədən bütün növ təminat vasitələrinin – ərzaq, əşya-əmlak, yanacaq, silah-sursat, döyüş texnikasının ehtiyat hissələrinin və digər əmlakın qorunub-saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Laçın yolunda 118 gün – Aksiya hələ də davam edir
Next: Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-09 143400
  • Cəmiyyət

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 130359
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 122615
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

Cavidan 9 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 712)
  • Dünya (3. 449)
  • Gündəm (11. 939)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib Screenshot 2026-07-09 143400 1
  • Cəmiyyət

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

9 İyul, 2026
Sabah 37 dərəcə isti olacaq Screenshot 2026-07-09 130359 2
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

9 İyul, 2026
Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-09 122615 3
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

9 İyul, 2026
“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab Screenshot 2026-07-09 092105 4
  • Cəmiyyət

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab

9 İyul, 2026
Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir?  Screenshot 2026-07-09 111520 5
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

9 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9712) Dünya (3449) Gündəm (11939) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.