Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 087)
  • Dünya (3. 266)
  • Gündəm (11. 419)
  • İdman (637)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub

Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub. Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni
Cavidan 5 Aprel, 2023

Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub.

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir:

Zati-aliləri,

1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Son 30 il ərzində Malayziya ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində qarşılıqlı hörmət və maraq doğuran məsələlərdə ortaq dəyərlər prinsipinə əsaslanan sıx səmimi münasibətlər mövcuddur.

Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, həmçinin xalqlarımıza davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq.

Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha ünvanladığı məktubda deyilir:

“Əlahəzrət,

Azərbaycan Respublikası ilə Malayziya arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulamaq istərdim.

Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Continue Reading

Previous: Respublika Narkoloji Mərkəzinə baş direktor TƏYİN EDİLDİ
Next: İlham Əliyev Tacikistana getdi

Bölmənin digər xəbərləri

Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
  • Gündəm

Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

17 Mart, 2026
Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”
  • Gündəm

Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”

16 Mart, 2026
“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub
  • Cəmiyyət

“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub

16 Mart, 2026

Top 7 Xəbər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir 1

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir

17 Mart, 2026
Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb 2

Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

17 Mart, 2026
ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb 3

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb

16 Mart, 2026
Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək” 4

Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”

16 Mart, 2026
“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub 5

“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub

16 Mart, 2026
İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib 6

İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib

16 Mart, 2026
Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 7

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM

16 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 087)
  • Dünya (3. 266)
  • Gündəm (11. 419)
  • İdman (637)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9087) Dünya (3266) Gündəm (11419) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2966) Texnologiya (14) İdman (637) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir 17 Mart, 2026
  • Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb 17 Mart, 2026
  • ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb 16 Mart, 2026
  • Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək” 16 Mart, 2026
  • “QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub 16 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.