Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 482)
  • Dünya (3. 047)
  • Gündəm (10. 597)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Buraxılış imtahanlarının sualları ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi şagird və abituriyentlərə müraciət edib. DİM-dən  verilən məlumata görə, müraciətdə deyilir: “Son günlər 5 və
Cavidan 16 Mart, 2023

Dövlət İmtahan Mərkəzi şagird və abituriyentlərə müraciət edib.

DİM-dən  verilən məlumata görə, müraciətdə deyilir:

“Son günlər 5 və 12 mart tarixlərində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında müəyyən müzakirələr aparılır. Buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur, həmçinin imtahanların nəticələri orta məktəbdə təhsil alan şagirdlərin yekun attestasiyası, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır. Bu baxımdan imtahanlara marağın yüksək olması və müzakirələrin aparılması başadüşüləndir və Dövlət İmtahan Mərkəzi tərəfindən anlayışla qarşılanır. Lakin müəyyən məqamları bir daha imtahan iştirakçılarının diqqətinə çatdırmaq istəyirik. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir. 11-ci sinifdə fevral ayından sonra keçirilən mövzular imtahanda istifadə olunmur. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olun dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir.

Məlumat üçün bildiririk ki, respublikamızın təhsil sistemində 2008-ci ildən etibarən yeni təhsil proqramları (kurikulumları) tətbiq olunur. Təhsilin məzmunu dəyişərək “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilib. Bu isə o deməkdir ki, tədris prosesində məqsəd təkcə biliklərin verilməsi deyil, bacarıqların da formalaşdırılması olmalıdır. Bu əsas götürülərək buraxılış imtahanlarında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanmış imtahan modeli tətbiq olunur. Yəni imtahanda qapalı tipli tapşırıqlarla yanaşı, ətraflı yazılı cavab tələb edən tapşırıqlardan da istifadə olunur. Bu tapşırıqlar meyarlar əsasında qiymətləndirilir və bu imtahan iştirakçılarının bilik və bacarıqlarının daha dəqiq müəyyən olunmasına imkan verir. Onu da bildiririk ki, belə tapşırıqlar aşağı siniflərdən başlayaraq dərsliklərdə istifadə olunur.

Yuxarıda qeyd olunanlara uyğun olaraq 11-ci siniflər üçün buraxılış imtahanı artıq beşinci ildir ki, yeni model əsasında keçirilir və bu imtahanlar layihələndirilərkən həm orta məktəblərdə keçirilən monitorinq imtahanlarının, həm də son dörd ildə keçirilən buraxılış imtahanlarının elmi-statistik göstəricilərinə aid təhlillərdən də istifadə edilir. Bu təhlillər isə onu göstərir ki, imtahanla bağlı göstəricilər müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərdən gözlənilən nəticələrə uyğundur və bu baxımdan illər üzrə göstəricilər bir-birinə çox yaxındır. Müqayisə üçün 2019-2022-ci illərdə keçirilən buraxılış imtahanlarında iştirak edən orta statistik şagirdlərin topladıqları ümumi balları da təqdim etmək istəyirik. Buraxılış imtahanında iştirak edən orta statistik şagird 2019-cu ildə 112.78, 2020-ci ildə 115.82, 2021-ci ildə 115.93, 2022-ci ildə isə 111.72 bal toplayıb.

Bu il keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar da iştirakçıların cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq və bu təhlil əsasında müvafiq məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə, hamıya məlumdur ki, DİM tərəfindən aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunur. Həmçinin yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi məqsədilə seçilmiş yazı işləri nümunəsi əsasında meyarlar dəqiqləşdirilərək ehtiyac yarandığı təqdirdə onlarda müvafiq düzəlişlər edilir. Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası da yaradılır.

Əlavə olaraq qeyd etmək istəyirik ki, 17 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun statistikası və buraxılış imtahanlarının gedişatına həsr olunmuş mətbuat konfransı keçirəcək”.

Continue Reading

Previous: “Can Azərbaycan fövqəladə toplantı keçirilməsini təklif etdi” – Çavuşoğlu
Next: Ağdamda 2 nəfər minaya düşərək HƏLAK OLDU

Bölmənin digər xəbərləri

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
  • Cəmiyyət

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025
Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib
  • Dünya

Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib

11 Dekabr, 2025
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb
  • Cəmiyyət

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

11 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 1

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025
Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 2

Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib

11 Dekabr, 2025
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 3

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

11 Dekabr, 2025
Ən çox yağıntı düşən bölgələr açıqlanıb 4

Ən çox yağıntı düşən bölgələr açıqlanıb

11 Dekabr, 2025
Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 5

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir

11 Dekabr, 2025
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 6

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 7

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 482)
  • Dünya (3. 047)
  • Gündəm (10. 597)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8482) Dünya (3047) Gündəm (10597) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 11 Dekabr, 2025
  • Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 11 Dekabr, 2025
  • Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 11 Dekabr, 2025
  • Ən çox yağıntı düşən bölgələr açıqlanıb 11 Dekabr, 2025
  • Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.