Skip to content
6 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 380)
  • Dünya (3. 351)
  • Gündəm (11. 720)
  • İdman (649)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyev Roma Papasını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə
Cavidan 13 Mart, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür.

Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir.

Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm.

Zati-müqəddəsləri, mən Sizin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.

Continue Reading

Previous: “Bazarlığa gedib, kəndir alıb və özünü asıb” – İntihar edən məmurun atası
Next: “Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil” – Rektor

Bölmənin digər xəbərləri

Sabah 23 dərəcə isti gözlənilir
  • Cəmiyyət

Sabah 23 dərəcə isti gözlənilir

6 May, 2026
WUF13-ün proqramı açıqlanıb
  • Cəmiyyət

WUF13-ün proqramı açıqlanıb

6 May, 2026
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı – Müraciət
  • Gündəm

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı – Müraciət

6 May, 2026

Top 7 Xəbər

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur 1

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

6 May, 2026
Sabah 23 dərəcə isti gözlənilir 2

Sabah 23 dərəcə isti gözlənilir

6 May, 2026
Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq” 3

Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq”

6 May, 2026
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək 4

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

6 May, 2026
WUF13-ün proqramı açıqlanıb 5

WUF13-ün proqramı açıqlanıb

6 May, 2026
Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı – Müraciət 6

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı – Müraciət

6 May, 2026
Bu günün valyuta məzənnələri 7

Bu günün valyuta məzənnələri

6 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 380)
  • Dünya (3. 351)
  • Gündəm (11. 720)
  • İdman (649)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9380) Dünya (3351) Gündəm (11720) Kateqoriyasızlar (491) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur 6 May, 2026
  • Sabah 23 dərəcə isti gözlənilir 6 May, 2026
  • Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq” 6 May, 2026
  • İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək 6 May, 2026
  • WUF13-ün proqramı açıqlanıb 6 May, 2026
© Addim.az | MoreNews by AF themes.