Skip to content
22 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 115)
  • Dünya (3. 271)
  • Gündəm (11. 449)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? – ARAŞDIRMA

Novruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb.
Cavidan 11 Mart, 2023

Novruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb. Məhsul bol, qiymətlər isə…

Qarşıdan Novruz gəlir. Torpağın oyanışı, yazın başlanğıcının xəbərçisi. Novruz hər birimizin səbirsizliklə gözlədiyi, adət-ənənələri ilə ailəmizə sevinc bəxş edən ən qədim milli bayramlarımızdandır. Rəngarəng adət-ənənələrlə, folklorumuzun ən şirin deyimləriylə zəngin bu bayramın həm də özünəməxsus süfrə mədəniyyəti var. Bir-birindən fərqli və dadlı şirniyyatlar, yeməklər, çərəzlər… İndi bir çoxlarımızı, xüsusilə də valideynləri düşündürən ən mühüm sual uşaqlarımıza sonsuz sevinc yaşadan Novruz süfrəsinin neçəyə başa gələcəyidir.

“Kaspi” qəzeti bayram bazarlığına çəkəcəyiniz xərcin nə qədər olacağını araşdırıb.

Bazarda üzləşdiyimiz mənzərə

Bayram süfrələrinin olmazsa-olmazı çərəzlərdir: fındıq, qoz, püstə, badam, iydə, innab… Üstəlik içliyi fındıq və ya qozdan hazırlanan şəkərbura, paxlava, İrəvan kətəsi və s. həmişə Novruzun bəzəyi olub.

Gəlin birlikdə bu gözəl nemətlərin qiymətləri ilə tanış olaq. Bayram ərəfəsində piştaxtalarda olan qiymətlər təxminən belədir: fındıq (qabıqlı) – 6-8, fındıq ləpəsi – 13,50-30, qoz (qabıqlı) – 7-10, qoz ləpəsi 13-30, badam (qabıqlı) 6-8, badam ləpəsi 25-30, püstə 28-39, iydə və innab isə 8-10 manat civarındadır.

Novruz bayramının atributu sayılan səməninin də qiyməti boyundan, formasından, bəzəyindən asılı olaraq dəyişir. Ən sadə səmənini 2-3, bər-bəzəkli, xonça üstündə “qız evi”nə aparılan, ay, ulduz, buta formalı qablardakı səməninin qiyməti isə 25-30 manatdır.

Təəssüfləndirici məqam odur ki, indi səmənini hazır şəkildə pul verib alırıq. Amma əvvəllər hər bir ocaqda evin xanımı özü “Səməni, saxla məni, ildə cücərdərəm səni” deyib, buğda göyərdərdi. İnsanlar inanardı ki, səməni yaxşı cücərsə, həmin il onlar üçün ruzili-bərəkətli, xeyirli-uğurlu il olacaq.

Novruz süfrəsinin bəzəyi plov

Plov isə bizim bütün bayramlarımızın, xoş günlərimizin əvəzsiz təamıdır. Bir qazan turşu-qovurmalı plov üçün ərzaqların qiymətləri də dodaq uçuqladır. İndi bazarlarda müştərilərə təqdim olunan 1 kq ət 15-17, 1 kq düyü 3-6, kərə yağı 10-20, şabalıd 8-12, rəng və növlərindən asılı olaraq albuxara 6-13, ərik qurusu 13-25, kişmiş 6-12 manatdır. Belə olduğu halda 4-5 nəfərlik bir ailə üçün plovun hazırlanmasına təxminən 37-54 manat vəsait lazımdır.

Şəkərbura, paxlava bəzək verir xonçaya

Bayram xonçası şəkərburasız, paxlavasız olmaz. Gəlin 1 kq içlikdən hazırlanan (bu ölçüyə əsasən 60-80 şəkərbura hazırlamaq mümkündür) şəkərburanın orta qiymətini də hesablayaq. Təxminən 1 kq fındıq ləpəsi 13,50-30, şəkər tozu 1.60-2, un 1.20-2, 1 litr süd 2, 1 ədəd yumurta 0.16, kərə yağı 10-20 manatdır. Reseptə uyğun hesablasaq, evdə 1kq-lıq içlikdən bişirilən şəkərbura bizə təxminə 40-60 manata başa gəlir. 1 kq içlikdən hazırlanan paxlavaya da təxminən elə bu qədər pul xərcləməli olacağıq. Satışda isə şəkərburanın bir ədədi ölçü və “brend”indən asılı olaraq 0.80-1.50, paxlavanın isə 1 kq-ı 18-30 manat arası dəyişir. Burada həm də şəkərbura və paxlavanın içliyində hansı ləpədən (qoz və ya fındıq) istifadə olunması da böyük rol oynayır.

Kasıb malı – şorqoğalı

Şəkərbura, paxlavaya baxanda şorqoğalı nisbətən ucuz başa gəlir. Çünki içliyi un və ədvalardan ibarətdir. Amma ona da kifayət qədər çox kərə yağı istifadə olunur. Bir kiloqram undan şor qoğalı hazırlamaq üçün bizə təqribən 20-25 manat lazımdır. Qeyd edim ki, satışda ölçüsündən və “brend”indən asılı olaraq şorqoğalının qiyməti 0.50-1.20 manat arası dəyişir.

Minimum məbləğlə bayram bazarlığı

Bəs biz necə az pul xərcləyib, bayrama hazırlaşa bilərik? İqtisadçı Eldəniz Əmirov deyir ki, bu, həddindən artıq çətin sualdır: “İndiki qiymətlər çərçivəsində məhdud vəsaitlərlə bayram keçirmək üçün məsləhət vermək çox çətindir. İnsanların əlində bəlli – minimum miqdarda məbləğ, bazarda isə artan qiymətlər var. Amma bunu deyə bilərəm ki, bayram yarmarkalarında nisbətən ucuz qiymətlər olur. Bazarlarda günün sonuna doğru qiymətlər müəyyən qədər enir, alış-verişin azaldığı bir vaxtda nisbətən ucuz məhsullar tapmaq mümkündür. Məsləhətim budur ki, insanlar öz büdcələrinə uyğun, yəni çox da israfçılıq etmədən, minimal pul xərcləməklə bayram bazarlığı etsinlər. Ən vacib məhsulları almaq lazımdır. Bu isə hər ailənin ehtiyacına uyğun olaraq dəyişir”.

Yarmarkalarda alverçi yox, fermer olmalıdır

İqtisadçı bayram yarmarkaları ilə bağlı da danışdı: “Sözün əsl mənasında kənar subyektlərin müdaxiləsi olmadan birbaşa fermerlərin özünün məhsullarını bazara çıxarmağa real şərait yaradılmalıdır. Yarmarkalar tək həftə sonları yox, bayram ərəfəsində 7-10 gün müddətində təşkil olunmalıdır. Elə bir mexanizm formalaşdırılmalıdır ki, yarmarkalarda məhsul satanlar, həqiqətən də, alverçilər yox, fermerlər olsun”.

Düşünəndə görürük ki, mövcud qiymətlərlə başa gələcək bayram bazarlığı orta statistik azərbaycanlı üçün əlverişli deyil. Amma yenə də Novruz yeni gün deməkdir. Yeni gün isə yeni sabah, yeni ümiddir. Ümidlərimizin bu bayram çin olması arzusu ilə…

Continue Reading

Previous: İcma sözçüsü: “Qərbi azərbaycanlılar reinteqrasiyaya və dinc yanaşı yaşamağa razıdırlar”
Next: Türkiyədə zəlzələdə ölənlərin sayı 48 min nəfərə çatır

Bölmənin digər xəbərləri

Bu gün Beynəlxalq Novruz günüdür
  • Cəmiyyət

Bu gün Beynəlxalq Novruz günüdür

21 Mart, 2026
Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI
  • Cəmiyyət

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI

20 Mart, 2026
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
  • Cəmiyyət

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

20 Mart, 2026

Top 7 Xəbər

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb 1

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb

21 Mart, 2026
Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır 2

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır

21 Mart, 2026
Bu gün Beynəlxalq Novruz günüdür 3

Bu gün Beynəlxalq Novruz günüdür

21 Mart, 2026
Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI 4

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI

20 Mart, 2026
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər 5

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

20 Mart, 2026
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 6

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 7

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 115)
  • Dünya (3. 271)
  • Gündəm (11. 449)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9115) Dünya (3271) Gündəm (11449) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (341) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb 21 Mart, 2026
  • Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır 21 Mart, 2026
  • Bu gün Beynəlxalq Novruz günüdür 21 Mart, 2026
  • Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI 20 Mart, 2026
  • Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər 20 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.