Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezident bu geyim forması ilə bağlı fərmanda dəyişiklik etdi
  • Siyasət

Prezident bu geyim forması ilə bağlı fərmanda dəyişiklik etdi

“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük
Cavidan 29 Oktyabr, 2021
1626963311.ilham-eliyev-1524496446

“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” fərmana dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana edilən aşağıdakı dəyişikliklər edilib:

  1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” üzrə:

1.1. 1.2.1-ci yarımbəndə “demisezon gödəkcə” sözlərindən sonra “, yay gödəkcəsi, qış gödəkcəsi” sözləri əlavə edilsin;

1.2. 1.2.2-ci yarımbənddən “, kepi” sözü çıxarılsın;

1.3. 2.2.1-ci yarımbəndə “şlyapa” sözündən əvvəl “qalın parçadan” sözləri əlavə edilsin;

1.4. 2.3.1-ci yarımbəndə “şlyapa” sözündən əvvəl “nazik parçadan” sözləri əlavə edilsin;

1.5. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.1. ali rəis heyəti üçün boz qaragül xəzdən tikilir. Günlüyü və qulaqlıqları tünd mavi rəngdədir. Günlüyünün üzərinə ali rəis heyəti üçün müəyyən edilmiş qızılı rəngdə naxış tikilir. İki sarı metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan düymə ilə bərkidilən qızılı rəngli toxunma qaytanı və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 39);”;

1.6. 5.1-ci bənddə “kepi” sözü “yay papağı” sözləri ilə və “gödəkcə, hərbi nümunəli köynək” sözləri “qış gödəkcəsi, yay gödəkcəsi, qısaqol yay köynəyi” sözləri ilə əvəz edilsin;

1.7. 5.2 – 5.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.2. Yay papağı – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Günlüyü (ali rəis heyəti üçün papaqda qızılı rəngdə naxış ilə) eyni parçadandır. Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 43-2, 48).

5.3. Qış papağı – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qalın parçadan tikilir. Günlüyü (ali rəis heyəti üçün papaqda qızılı rəngdə naxış ilə) və qatlanan yan tərəfləri açıq mavi rəngdədir.

Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır (şəkil 43-1, 47).

5.4. Qış gödəkcəsi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qalın parçadan tikilir. Qatlanan boyunluqludur (ali rəis heyəti üçün mavi rəngli), isti içliyi, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-1, 9-2, 36, 36-1).

5.5. Yay gödəkcəsi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Qatlanan boyunluqludur, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır.

Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-3, 9-4, 37, 37-1).”;

1.8. aşağıdakı məzmunda 5.5-1-ci bənd əlavə edilsin:

“5.5-1. Qısaqol yay köynəyi – açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir. Qatlanan boyunluqludur, iki düz yan, üstlüyü qatlanan və düymələnən iki döş cibləri, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanının təsviri vardır (şəkil 9-5, 9-6, 38, 38-1).”;

1.9. 5.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“5.6. Mayka – qış üçün qalın, yay üçün nazik açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş parçadan tikilir.”;

1.10. 5.7-ci bənddə “tünd göy rəngli hərbi nümunəli” sözləri “açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş” sözləri ilə əvəz edilsin.

  1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin 36, 37, 38, 39, 47, 48 nömrəli şəkilləri yeni təsvirdə verilsin və həmin təsvirlərə 9-1, 9-2, 9-3, 9-4, 9-5, 9-6, 36-1, 37-1, 38-1, 43-1 və 43-2 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Xaricdən gətirilən avtomobillərin dövlət rüsumu artırılacaqmı? – DGK-dən CAVAB
Next: Ötən ilin bu günü işğaldan azad edilən ərazilər – SİYAHI

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026
aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.