Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 152)
  • Gündəm (10. 962)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Romantik münasibətlərə başlamaq üçün pis vaxt deyil

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik. Qoç – bu
Cavidan 27 Fevral, 2023

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç – bu gün başlayacağınız istənilən işə ciddi yanaşın. Maliyyə sahəsində qayda yaradın. Pulla bağlı məsələləri əvvəlcədən düşünün. Peşəkar fəaliyyət sahəsindəki problemlərin həlli güman etdiyinizdən artıq vaxt ala bilər. Artıq alışmalı olacaqsınız.

Sonradan faydalı olacaq, həyatınızda önəmli yer tutacaq tanışlıqlar baş tuta bilər. Danışdığınız insanları tanımağa çalışın. Yanılmayın, səhvlərə yol verməyin.

Buğa – müttəfiqlər və həmfikirlərin sayəsində qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Nüfuzlu insandan dəstək alacaqsınız. Əməlləriniz və qərarlarınızı dəstəkləyəcəklər. Alış-veriş, anlaşmalar, sövdələşmələr üçün münasib gündür. Maliyyə işlərində uğur qazana bilərsiniz.

İctimai və siyasi həyata maraq artacaq. Dəvət aldığınız tədbirdə vaxtınız pis keçməyəcək. Münasibətlərdə diqqətli olun. Yeni münasibətlər ciddi sonuclar vəd edir.
 

Əkizlər – istənilən formatdakı problemlərin həlli üçün əlverişli zamandır. Məqsədə doğru ən qısa yolu tapın. Gərəkli nəticələrə nail olun. Bu gün yaranacaq yeni ideyalar pis deyil. Yaxın ətrafınızdakı insanlar sizi anlayırlar. Kömək və dəstəksiz qalmayacaqsınız.

Günün ikinci yarısında anlaşma, sövdələşmələri nəzərdən keçirmək olar.

Ünsiyyət üçün xoş gündür. İşgüzar müstəvidə və şəxsi münasibətlər sahəsindəki irəliləyişlər pozitiv nəticələr vəd edir. Xoş xəbər və qəfil təkliflərin alınması istisna deyil. Etiraflar da ola bilər.
 

Xərçəng – çətin, qarışıq, laübəli gündür. Problemlər az deyil. Heç gözləmədiyiniz vaxtda və məkanda çətinliklərlə üzləşəcəksiniz. İşdə rəhbərliklə münaqişə və fikir ayrılığı, həmkarlarla mübahisə yarana bilər. İş yerindəki müəyyən narahatlığa rəğmən məhsuldar çalışa bilərsiniz. Uğurlarınız yaxın ətrafınızdakı insanların paxıllığına səbəb olacaq.

Alış-veriş üçün əlverişli zaman deyil. Pulları boş işlərə xərcləməyin, amma ifrat xəsislik də etməyin. Yaşlı qohumlarınız sizi dəstəkləyəcək, yaxşı məsləhətlər verəcəklər. Yaşca sizdən kiçik olan qohumlar isə əhvalınızı yaxşılaşdıracaq.

Şir – əlverişli və yaxşı gündür. Ciddi nailiyyətlərə, önəmli qələbələrə nail olmaq olar. Məhsuldarlıq, zəhmətkeşlik səviyyəsi yüksək olmalıdır. Ciddi çətinliklər də sizi qorxutmamalıdır. Narahat və ya nigaran olanda belə soyuqqanlı davranın. Ən azı zahiri sakitliyi qoruyun, təmkinli davranın. Yalnız belə olarsa, yaxın ətrafınızdakı insanların sayğısını qazana bilərsiniz. Pulla bağlı qərarları düşünülmüş şəkildə qəbul edin, səhv riskini minimuma endirin.

Rəğbətinə nail olmağa çalışdığınız insanla ünsiyyət üçün yaxşı gündür.

Alış-veriş etmək olar.

Qız – müvazinəti qorumaq asan deyil. Ən xırda məsələlər, kiçik detallar sizi sinirləndirə bilər. İşdə həmkarların davranışı sizi sinirləndirir. Bunu aşkar nümayiş etdirməyin, hisslərinizə hakim olun. Əks halda həmkarlar və ya tərəfdaşlarla münasibətlər pisləşəcək, birgə fəaliyyət gərəkli nəticə verməyəcək, xoş təəssüratlar yaratmayacaq.

Nüfuzlu və ya yüksək vəzifəli şəxslə dil tapmaq asan deyil. O, hər şeyi açıq deməyinizi bəyənmir.

Maliyyə problemlərinin yaranması, nəzərdə tutulan alış-verişdən imtina da istisna deyil. Yaxınlarınızın yardıma və dəstəyə ehtiyacı var. Ümumi məqsədlər uğrunda maraqlarınızın bir qismini qurban vermək olar.

Tərəzi – yeni münasibətlərə başlamaq, işgüzar təmasları möhkəmləndirmək üçün yaxşı vaxtdır. Tərəfdaşlıq və əməkdaşlıq etdiyiniz insanlar zəif yönlərinizlə bahəm güclü məziyyətlərinizə də bələddirlər. Əməkdaşlığın sərfəli olmaqla yanaşı, gərginlik yaratmamasına çalışın.

Müzakirələr, danışıqlar, sövdələşmələr pis keçməyəcək. Potensial sifarişçi ilə söhbət zamanı diqqətli olun. Böyük məbləğdə sifariş qəbul etmək və ya yeni işə başlamaq olar.

Müsbət təmayüllərin təsiri şəxsi münasibətlərdə də hiss olunur. Dəyər verdiyiniz insanlarla təmaslarda sayıq və həssas davranın. Sevdiyiniz insana xoş sürprizlər edin, dostlar və qohumları sevindirin.

Axşam saatlarında qonaq gələcək.

Əqrəb – önəmli saydığınız işlərdə əhəmiyyətli inkişafa və irəliləyişə nail ola bilərsiniz. Qətiyyətli olun, çətinliklər yarananda geri çəkilməyin. Can atdığınız məqsədə mütləq şəkildə çatacaqsınız. İşgüzar münasibətlər dostyana təmaslara çevrilə bilər. Yetər ki, istəyəsiniz. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün əlverişli zamandır.

İşlər çox olsa da, yanınızdakı insanlara yardım etməyə vaxt tapın. Buna görə minnətdarlıq gözləməyin. Sərfəli alış-veriş, hədiyyə, romantik sürprizlər ola bilər.

Oxatan – enerji və qüvvənizin bol olduğu gündür. Nikbinliyi bir an da itirməyin, istənilən səddi və yolunuzda yaranan maneələri dəf edin. Uğurlar və qələbələr əhəmiyyətlidir. Peşəkar fəaliyyət sahəsində irəliləyişlər istisna deyil. Məqsədə çatmaq üçün ifrat səy göstərməyə ehtiyac yoxdur.

Maraqlı təkliflər almaq olar. Yeni işə və ya layihəyə başlamaq üçün əlverişli zamandır.

Oğlaq – pis gün deyil. Hadisələrin rəvan axarına müdaxilə etməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Şəxsi və işgüzar məziyyətləriniz diqqətdən kənar qalmayacaq. Müttəfiq və hami tapmaq, əməkdaşlıqla bağlı maraqlı təklif almaq şansları var. Qüvvənizə olan inam hissi cazibədarlığınızı artırır. Sizinlə tərəfdaşlıq etmək istəyənlərin sayı artacaq.

Yaxın ətrafınızdakı insanlara yardım edin. Problemlərin öhdəsindən müstəqil şəkildə gələ bilməyən şəxsə arxa olun. Dostlarla görüş üçün əlverişli zaman olsa da, gələcəklə bağlı planları müzakirə etmək üçün bir müddət tək qalın.

Dolça – xoş təəssüratlar yaratmaq və ya özünüzlə bağlı rəğbət hissinə nail olmaq istədiyiniz insanlarla görüş üçün əlverişli gündür. Həssas, zövqlü, səbirli olmağa çalışın. Diqqəti cəlb etmək üçün əlahiddə səylərə ehtiyac yoxdur. Bilik və bacarıqlarınızı görəcəklər.

Romantik münasibətlərə başlamaq üçün pis vaxt deyil. Təmaslar səmimiyyət, qarşılıqlı sayğıya əsaslanmalıdır.

Maliyyə baxımından əlverişli gündür. Yaxşı gəlir əldə edə bilərsiniz. Alış-veriş etmək, sövdələşmələr və anlaşmalara nail olmaq mümkündür. İntuisiyanız sizi aldatmayacaq.

Balıqlar – yetərincə çətin və mürəkkəb gündür. Kiməsə rəğbət və ya antipatiyanız məhsuldar əməkdaşlığa, işgüzar münasibətlərin inkişafına mane olmamalıdır. Sizi aldatmağa çalışırlar. Fırıldaqçının və ya intriqanın toruna düşməyin. Təxribatlara uymayın. İmkan verməyin ki, sizinlə manipulyasiya etsinlər.

Yüksək vəzifəli şəxslə təmaslar, iş və karyerinizlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil. Axşam saatlarını sizi sevən insanların yanında keçirin. Onlar sizin nöqsan və zəiflikliklərinizi görürlər. Səhvə yol verəndə sizi tənqid etməyən insanları unutmayın.

Continue Reading

Previous: Azərbaycan səfirliyinə qarşı erməni TƏXRİBATI
Next: Laçın-Xankəndi yolundakı aksiyanın 78-ci GÜNÜ

Bölmənin digər xəbərləri

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək
  • Dünya

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026
Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb
  • Cəmiyyət

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
  • Cəmiyyət

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026

Top 7 Xəbər

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 1

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026
Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 2

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 3

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026
Məcnun Məmmədova iki yeni müavin təyin edilib 4

Məcnun Məmmədova iki yeni müavin təyin edilib

27 Yanvar, 2026
Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 5

Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır

27 Yanvar, 2026
Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb 6

Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb

27 Yanvar, 2026
Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub 7

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 152)
  • Gündəm (10. 962)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8761) Dünya (3152) Gündəm (10962) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 27 Yanvar, 2026
  • Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 27 Yanvar, 2026
  • Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 27 Yanvar, 2026
  • Məcnun Məmmədova iki yeni müavin təyin edilib 27 Yanvar, 2026
  • Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.