Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — FOTOLAR
  • Gündəm
  • Siyasət

İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — FOTOLAR

Fevralın 18-də Bakı şəhərində Hilton Hotelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası təşkilatçılığı ilə “Dövlət.
Cavidan 18 Fevral, 2023
ilham1

Fevralın 18-də Bakı şəhərində Hilton Hotelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, MDB ölkələri və Avropanın nüfuzlu hüquqşünasları iştirak edib.

Öncə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayıb.

O, tədbirin keçirilmə məqsədini belə izah edib:

“Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var”.
O, Türkiyə və Suriyada baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib və bildirib ki, baş verən fəlakət səbəbilə ailəsini itirən uşaqlar üçün dərin kədər hissi keçirir:

“Türkiyədə və Suriyada baş verən zəlzələ səbəbi ilə vəfat etmiş bütün vətəndaşlara rəhmət diləyirəm. Fikirləşirəm ki, kimsəsiz qalan uşaqlar üçün bir hesab yaradılmalıdır və biz onlara maddi yardım edərək bəzilərinin xərclərini öz öhdəmizə götürməliyik”.

O, ötən il çox vacib hadisənin baş verdiyini deyib. Qeyd edib ki, assosiasiyanın prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının tərkibinə seçilib: “Keçən ilin sonuna yaxın İlham Rəhimov Rusiya Elmlər Akademiyasının ilk xarici nümayəndəsi olub, o, həmçinin Rusiya Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub”.

Daha sonra RF Elmlər Akademiyasının müxbir üzvü, REA Rəyasət Heyətinin üzvü, REA-nın Dövlət və Hüquq institutunun direktoru, hüquq elmləri doktoru, professor Savenkov Aleksandr Nikolayeviç giriş nitqi söyləyiblər.

REA-nın akademiki, REA Rəyasət Heyətinin üzvü, REA-nın prezidentinin müavini, RF hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor  Taliya Yarullovna Xabriyeva bildirib ki, cinayətkarlığa qarşı mübarizə bütün ölkələr üçün aktual hesab olunur: “Bunun üçün tarixən və bu günümüzdə də tövsiyələr işlənib hazırlanıb”.

Konfransın mövzusu ilə bağlı Rusiya Federasiyasının elm xadimi, Hüquq üzrə Ali Məktəblərin Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor Sergey Nikolayeviç Baburin (Rusiya), “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev (Bolqarıstan) və Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, RF İstintaq Komitəsinin Akademiyasının professoru Yuri Vladimiroviç Qolik (Rusiya) məruzə ilə çıxış ediblər.

Məruzələr dinləndikdən sonra konfrans iştirakçıları çıxış ediblər və mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Blinken İlham Əliyev və Paşinyanla görüşəcək
Next: Prezidentin Blinken və Paşinyanla birgə görüşü oldu – Yenilənib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 152001
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 100714
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 750)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Screenshot 2026-07-15 161255 1
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

15 İyul, 2026
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-15 155622 2
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul, 2026
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər Screenshot 2026-07-15 152001 3
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

15 İyul, 2026
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib Screenshot 2026-07-15 145037 4
  • Dünya

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

15 İyul, 2026
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq Screenshot 2026-07-15 130754 5
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9750) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (524) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.