Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Metro istifadəçilərinə ŞAD XƏBƏR – Bu gündən…
  • Cəmiyyət
  • Gündəm

Metro istifadəçilərinə ŞAD XƏBƏR – Bu gündən…

“Bakı Metropoliteni” QSC xaricdən yeni qatarların alınması üçün texniki tapşırıqları hazırlayır. Bu barədə  qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Cavidan 17 Fevral, 2023
926de8bf43ac90bef048dbe48ba29b9b (1)

“Bakı Metropoliteni” QSC xaricdən yeni qatarların alınması üçün texniki tapşırıqları hazırlayır.

Bu barədə  qurumun Mətbuat Xidmətindən məlumat verilib.

“Bakı Metropoliteni” QSC 2023-cü ildə də yeni vaqonların sifarişini planlaşdırılır. Onu da əlavə edək ki, QSC dünya metro vaqonları və bu sahə ilə bağlı digər istehsal sahələrinin təcrübəsini müntəzəm olaraq təqib edir, tətbiq edilən yeni texnologiyaların xarakter və xüsusiyyətini, ilk növbədə, sərnişindaşıma təhlükəsizliyi və rahatlığı, sərnişin məmnuniyyəti baxımından əsaslı yeniliklərin tətbiqini diqqətdə saxlayır. Yeni müqavilənin uzunmüddətli olaraq bağlanması əsas hədəflərdəndir. Eyni zamanda yeni vaqonların istehsalı ilə bağlı tərəfdaşın seçilməsi, sifariş həcmi və digər məsələlər barədə əlavə məlumatlar, bütün prosedurlar tamamlandıqdan sonra ictimaiyyətə təqdim ediləcək”, – deyə açıqlamada bildirilib.

Bu gün həm də bu il Azərbaycana gətirilən sayca 4-cü qatar xəttə verilib.

“Bakı Metropoliteni” bildirir ki, 2022-ci ilin sonlarında gətirilmiş 4 yeni qatardan sonuncusu da sazlama və sınaq işlərindən sonra xəttə verilib. Hazırda metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 23-ə və yaxud vaqonların sayı 115-ə çatdırılıb.

Hər biri 5 vaqondan ibarət qatarlar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib. Yeni xəttə buraxılmış 81-765 B./81-766 B. modelli qatar da əvvəlkilərdə olduğu kimi mikroiqlim nəzarəti sistemi ilə təchiz olunub. Bu sistemin tərkib hissəsi kimi, kondisioner sistemi Bakının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istehsal olunub.

Vaqondan vaqona birbaşa keçid sərnişinlərin qatar boyunca bərabər paylanması ilə yanaşı, sərnişin tutumunun artmasına da təsir edir. Ümumilikdə qatarların baş vaqonları 315, orta vaqonlari isə 329 sərnişin üçün nəzərdə tutulub. Bu isə bir qatarın sərmişin tutumunun 1 617 sərnişin olması deməkdir. Onu da əlavə edək ki, baş vaqonlarda 38, orta vaqonlarda 44 nəfərlik oturacaqlarla təchiz olunub.

Baş vaqonlarda əlil arabası üçün yerlər, bundan savayı, müxtəlif yüklər də nəzərə alınmaqla, çoxfunksiyalı zonalar nəzərdə tutulub. Təcrübə göstəriri ki, qapıların daha enli olması sərnişinlərin vaqonlara daha rahat və sürətli minib-düşməsini təmin edir və bununla bu qatarların sıxlıq şəraitində stansiyalarda yubanması xeyli azalır.

Yeni qatar “Həzi Aslanov-Dərnəgül” istiqamətində sərnişinlərə xidmət göstərir. Ümumilikdə, 23 yeni nəzil qatarından 3-ü “İçərişəhər-Həzi Aslanov”, 20-si “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edir.

Ümumən, Bakı metropoliteninə 2015-ci ildən bu yana gətirilmiş vaqonların (qatarların) istismara verilməsi bu ardıcıllıqla olub:

TarixVaqon (qatar)
201515 vaqon (3 qatar)
201810 vaqon (2 qatar)
201930 vaqon (6 qatar)
202020 vaqon (4 qatar)
202120 vaqon (4 qatar)
202220 vaqon (4 qatar)
Cəmi115 vaqon (23 qatar)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İlham Əliyev Almaniyada – FOTOLAR
Next: “Sevgililər günü”ndə kişi arvadını BALTALADI

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-07-14 at 17.27.22
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 170729
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.