Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 482)
  • Dünya (3. 047)
  • Gündəm (10. 597)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Spiker əlcəzairli həmkarını İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı ilə bağlı MƏLUMATLANDIRDI

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Xalq Assambleyasının sədri
Cavidan 30 Yanvar, 2023

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Milli Xalq Assambleyasının sədri, ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə bu ölkəyə səfər etdiyini xatırladaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

İbrahim Bouğali həmçinin, özünün 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin birinci konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini qeyd edib və Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, inkişaf səviyyəsindən müsbət təəssüratlar aldığını bildirib. O, Parlament Şəbəkəsi çərçivəsində Əlcəzair parlamentinin dəstəyini və əməkdaşlığı inkişaf etdirməyə hər zaman hazır olduqlarını ifadə edib.

O, Bakıda səfərdə olarkən Azərbaycan xalqının yüksək qonaqpərvərliyini gördüklərini bildirib, ölkəmizdə yaşayan Əlcəzair icmasının üzvləri ilə görüşdüyünü, onların Azərbaycanda özlərini çox rahat hiss etdiklərini və yaxşı yaşadıqlarını və buna görə ölkəmizə minnətdarlıqlarını ifadə edib. Milli Xalq Assambleyasının sədri, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsinə münasibətdə qeyd edib ki, Əlcəzair xalqı da öz tarixində bənzər hadisələr yaşayıb və bu səbəbdən Azərbaycan xalqının əldə etdiyi qələbəyə görə keçirdiyi qürur hissini yaxşı başa düşürlər və Azərbaycan xalqına sülh və sabitlik arzu edirlər.

Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, bildirib ki, bu səfər Azərbaycan Milli Məclisinin sədri səviyyəsində Əlcəzairə ilk səfərdir. Azərbaycan və Əlcəzairi ənənəvi dostluq telləri və ortaq dəyərlər bağladığını qeyd edən parlamentin rəhbəri, xatırladıb ki, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olacaq. O, Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfərinin dost ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm mərhələ olduğunu vurğulayaraq, qeyd edib ki, ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək üçün böyük potensial mövcuddur.

Spiker Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini parlamentlərimiz arasında əlaqələr təşkil edir. Dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verəcək. Spiker qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur. Bütün bunlar sülh və təhlükəsizliyə, həmrəyliyə xidmət edir.

Görüşdə Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar.

Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, bu platformanın qarşısında duran vəzifələr haqqında geniş məlumat verib. O, Parlament Şəbəkəsinin Bəhreyndə keçiriləcək növbəti konfransında bu əməkdaşlıq çərçivəsinin institusional inkişafı baxımından mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu qeyd edərək, bu platforma çərçivəsində əməkdaşlığın önəmini diqqətə çatdırıb. Sahibə Qafarova qeyd edib ki, Parlament Şəbəkəsi üzv parlamentlərin birgə fəaliyyətinin əlaqələndirilməsinə, ölkələrimizin səsinin beynəlxalq aləmdə eşidilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin həllinə töhfə verə biləcək təsisatdır. O, Əlcəzairin təşkilatın işində fəal iştirakını yüksək qiymətləndirib.

Parlamentin sədri 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbə, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və torpaqlarımızın işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər kağız üzərində qalması və icra olunmaması, bu sənədlərin icrasının Azərbaycanın öz gücü hesabına həyata keçirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yeni yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə, həmçinin Milli Məclisin sədr müavini Fəzail İbrahimli, Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə, deputatlardan Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə, Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev də iştirak ediblər.

Continue Reading

Previous: ABŞ-da erməni ekoterroruna etiraz olaraq aksiya keçirilib – FOTOLAR
Next: Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir – YENİLƏNİR – CANLI YAYIM

Bölmənin digər xəbərləri

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
  • Cəmiyyət

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025
Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib
  • Dünya

Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib

11 Dekabr, 2025
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb
  • Cəmiyyət

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

11 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 1

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025
Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 2

Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib

11 Dekabr, 2025
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 3

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

11 Dekabr, 2025
Ən çox yağıntı düşən bölgələr açıqlanıb 4

Ən çox yağıntı düşən bölgələr açıqlanıb

11 Dekabr, 2025
Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 5

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir

11 Dekabr, 2025
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 6

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 7

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 482)
  • Dünya (3. 047)
  • Gündəm (10. 597)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8482) Dünya (3047) Gündəm (10597) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 11 Dekabr, 2025
  • Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 11 Dekabr, 2025
  • Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 11 Dekabr, 2025
  • Ən çox yağıntı düşən bölgələr açıqlanıb 11 Dekabr, 2025
  • Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.