Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kriminal
  • Azərbaycan Ermənistanı məhkəməyə verib: Bakı ilk presedent yarada bilər
  • Kriminal

Azərbaycan Ermənistanı məhkəməyə verib: Bakı ilk presedent yarada bilər

Azərbaycan Ermənistanı 30 illik işğal dövründə zəbt etdiyi ərazilərdə ətraf mühitə vurduğu ziyana görə beynəlxalq məhkəməyə verib. Bu
Cavidan 27 Yanvar, 2023
1674801549_agdam_1

Azərbaycan Ermənistanı 30 illik işğal dövründə zəbt etdiyi ərazilərdə ətraf mühitə vurduğu ziyana görə beynəlxalq məhkəməyə verib.

Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, rəsmi Bakı İrəvandan Qarabağın Ermənistan silahlı qüvvələrinin işğalında olduğu dövrdə ətraf mühitin və biomüxtəlifliyin məhv edilməsinə görə kompensasiya tələb edir.

“The Guardian”ın məlumatına görə, ilk dəfədir ki, hər hansı bir ölkə Bern Konvensiyasına əsasən, dövlətlərarası arbitraj üçün müraciət edir.

“The Guardian” yazır ki, Azərbaycan qalib gəlsə, biomüxtəlifliyə və ətraf mühitin məhvinə iqtisadi dəyər vermək üçün presedent yaradacaq.

Beynəlxalq məhkəmə Azərbaycanın iddiası ədsasında ətraf mühitin məhv edilməsinə, o cümlədən meşələrin qırılması və təbiətin çirklənməsinə dair sübutları nəzərdən keçirə, Ermənistandan təzminat ödəməyi tələb edə bilər.

“Azərbaycan müharibə zamanı ətraf mühitə dəymiş ziyana görə Ermənistanı məhkəməyə verir” sərlövhəli məqalədə “Təbiət haqqında Bern Konvensiyasına əsasən qaldırılan işin müharibə zamanı biomüxtəlifliyin məhv edilməsi üçün presedent ola biləcəyi” vurğulanır.

Azərbaycan iddiada bildirib ki, ərazilər işğaldan azad olunarkən yaşayış yerlərinin dağıdıldığı və növlərin zədələndiyi, təbii ehtiyatların tükəndiyi, biomüxtəlifliyin məhv edildiyi aşkarlanıb.

“The Guardian” qeyd edir ki, bu iddia “iki dövlət arasında daha geniş diplomatik münaqişənin tərkib hissəsidir”.

Britaniyalı jurnalistlərin fikrincə, Azərbaycan geosiyasi nöqteyi-nəzərdən Avropa və Asiya arasında əsas strateji mövqe tutur, eyni zamanda müxtəlif bitki və heyvan növləri üçün bioloji kəsişmə nöqtəsidir.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal zamanı nadir, nəsli kəsilməkdə olan və endemik növlərin, o cümlədən Qafqaz bəbiri, qonur ayı, boz canavar, çöl qartalı, eləcə də daha böyük xallı heyvanların yaşadığı meşələrin böyük hissəsinə ziyan vurulub.

Nazirlik 7000 hektardan çox (17,000 akr) qorunan meşələrin məhv olunduğunu qeyd edb. Bu qoruqların bəziləri nadir və kövrək ekosistemləri, məsələn Bəsitçay vadisində şərq çinar meşəsini mühafizə etmək üçün yaradılmışdı.

Müharibə zonasında təxminən 2000 illik ağacların kəsildiyi bildirilir. Onlar mikroiqlimin tənzimlənməsində və biomüxtəlifliyin qorunmasında mühüm rol oynamaqla yanaşı, mühüm mədəni əhəmiyyət də kəsb edirdi.

Həmçinin vurğulanır ki, BMT-nin Ətraf Mühit Proqramının ötən il Azərbaycan üçün hazırladığı hesabatda qiymətli kənd təsərrüfatı torpaqlarına və su idarəetmə sistemlərinə ciddi ziyan vurulduğu qeyd olunub.
Bildirilir ki, Çardaqlıda kömür hasilatı və karxanalar lazımi ekoloji nəzarət olmadan işləyib ki, nəticədə də kimyəvi çirklənmə baş verib.

Minaların problem olaraq qaldığı, mal-qaranın və canlıların tələf olmasına, həmçinin yanğınların yaranmasına səbəb olduğu da vurğulanıb.

Ağır metallar və partlayıcı maddələrin qalıqları torpağı və suyu çirkləndirir.

Azərbaycan iddia edir ki, Ermənistan bütün vəhşi flora və faunanın saxlanması, yaşayış yerlərinin mühafizəsi və bərpasının təmin olunması, konkret növlərin, o cümlədən köçəri növlərin qorunması ilə bağlı Bern Konvensiyasından irəli gələn öhdəlikləri pozub.

“Ermənistan qeyri-qanuni işğal zamanı biomüxtəlifliyi və ətraf mühiti qorumaq əvəzinə, onları məhv edib”, – Azərbaycanın xarici işlər nazirinin müavini, Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi Elnur Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, Azərbaycan 18 aydan artıqdır ki, mübahisəni diplomatiya yolu ilə həll etməyə çalışır.

“Təəssüf ki, Ermənistan Azərbaycanın səylərinə mane oldu və məhəl qoymadı. Ona görə də bizim Ermənistanın ətraf mühitə məsuliyyətsiz şəkildə vurduğu ziyana görə cavab verməsi üçün bu işi başlamaqdan başqa yolumuz qalmadı”.

Məqalədə deyilir, Ermənistan hökuməti hələ ki iddia ilə bağlı rəsmi açıqlama verməyib.

“The Guardian” Londonda yerləşən “Clyde & Co” firmasının hüquqşünası Zaneta Sedilekovanın fikrinə istinad edib. Onun sözlərinə görə, bu, “insanlar üçün sağlam ekosistem xidmətlərinə təsir edən işğalçı dövlət tərəfindən biomüxtəlifliyin geniş şəkildə məhv edilməsinə qarşı mübarizənin unikal nümunəsidir”.

İndi hər iki ölkənin arbitrlər təyin etmək üçün üç ay vaxtı var ki, onlar hər hansı zərərin sübutunu nəzərdən keçirəcək və Ermənistanın təzminat ödəyib-ödəməməsi və nə qədər ödəyəcəyinə qərar verəcəklər.

Azərbaycan təzminat tələb etməklə yanaşı, beynəlxalq tribunaldan Ermənistana ətraf mühitə ziyan vurmaqda davam edən fəaliyyətləri dayandırmağı əmr etməsini istəyir.

2021-ci ildə Azərbaycan tərəfindən Oxçuçayda aparılan təhlillər suda və çöküntüdə ağır metalların, o cümlədən kadmium, qurğuşun, nikel, dəmir, molibden və sinkin həddindən artıq yüksək konsentrasiyasını göstərib.

Azərbaycan bir neçə qorunan balıq və suda-quruda yaşayan növlərinin təhlükə altında olduğunu bildirir və problemin Ermənistandakı mis və molibden mədənlərinin tullantı suları, eləcə də məişət tullantıları ilə bağlı olduğunu iddia edir.

UNEP-in hesabatında qeyd olunub ki, Oxçuçayın çirklənməsi Ermənistanda uzun müddətdir narahatlıq doğurur.

Bildirilib ki, Ermənistanın ətraf mühit və vətəndaş cəmiyyəti təşkilatları mütəmadi olaraq “çayın ağır metallar və digər çirkləndiricilərlə çirklənməsi ilə bağlı həyəcan təbili çalıblar və erməni alimlərinin araşdırmaları da vəziyyətin pisləşdiyini üzə çıxarıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Milli Məclisin İntizam komissiyası TOPLAŞIR
Next: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, ölən var – Video – Yenilənir

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 102423
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Cavidan 6 İyul, 2026
Ekran şəkli 2026-07-04 160124
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

Cavidan 4 İyul, 2026
s1LvCOTdpb v
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 694)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb Screenshot 2026-07-06 183955 1
  • Cəmiyyət

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb

6 İyul, 2026
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib Screenshot 2026-07-06 181728 2
  • Cəmiyyət

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

6 İyul, 2026
Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 3
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 4
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 5
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9694) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.