Skip to content
5 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 372)
  • Dünya (3. 349)
  • Gündəm (11. 712)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (489)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • General-polkovnik Elçin Quliyev hesabat verdi
  • Cəmiyyət
  • Gündəm

General-polkovnik Elçin Quliyev hesabat verdi

Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Hesabat müşavirəsində hərbi birləşmə komandanlarının
Cavidan 18 Yanvar, 2023

Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Hesabat müşavirəsində hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib, hərbi birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2023-cü ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsinin nəzarət altına götürülməsi nəticəsində bu ərazidən keçən narkotrafikin qarşısının alınması, Ermənistanla dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən 198,7 km-lik hissəsində sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi sisteminin təmin edilməsi, “Eyvazlı” və “Qazançı” buraxılış məntəqələrinin fəaliyyətinin nəzarətdə saxlanılması, “Füzuli” və “Zəngilan” beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkili, azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmən təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olması qeyd olunub.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləş­dirilməsi və idarəetmənin optimallaşdırılması üzrə verdiyi vacib qərarlar verməsinin, 9 zabiti “general-leytenant” və “general-mayor” ali hərbi rütbələrinə layiq görməsinin, Vətən müharibəsi zamanı göstərdikləri igidliyə və şücaətə, həmçinin xidmətdə fərqləndiklərinə görə 125 nəfər hərbi qulluqçunun (onlardan 54 nəfərini ölümündən sonra) orden və medallarla təltif edilməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanması qeyd edilib.

Bu nailiyyətlərin əldə olunmasında ulu öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ali diqqəti nəticəsində dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsinin mümkün olması xüsusi vurğulanıb.

2022-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

  • 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib. Düşmənin 2 “S-300” divizionu, 1 ədəd “S-125” zenit-raket kompleksinin (ZRK) buraxıcı qurğusu, 1 ədəd “S-125” ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd “P-18” tipli radiolokasiya stansiyası, 2 ədəd “Jitel” radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib;
  • azad edilmiş ərazilərdə 50 km məsafədə yeni yollar çəkilib, 155 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib;
  • 1323 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 54 ədəd piyada əleyhinə, 8 ədəd tank əleyhinə mina, 85 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.

2022-ci il ərzində 550 halda 774 nəfər tərəfindən dövlət sərhədinin pozulmasına cəhd edilib və sərhədçilərimizin sayıqlığı nəticəsində bu halların qarşısı alınıb:

  • Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb;
  • terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılıb, 11 nəfəri müəyyən edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib;
  • 2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon 592 min 485 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 683 kq narkotik xassəli bitki məhv edilib;
  • dövlət sərhədini pozduqlarına görə 559 nəfər, sərhəd rejimini pozduqlarına görə 9827, axtarışda olan 2843, saxta sənədlərlə 319, özgəsinə məxsus sənədlə 6, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 1 nəfər saxlanılıb;
  • sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 4 halda 4 nəfər sərhəd pozucusu həyatını itirib.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edəcəkləri vurğulanıb.

Continue Reading

Previous: Laçın-Xankəndi yolunda etirazlar 38 gündür davam edir – FOTO
Next: İlham Əliyev Cared Kohen ilə görüşdü

Bölmənin digər xəbərləri

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib
  • Cəmiyyət

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

5 May, 2026
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb
  • Cəmiyyət

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

5 May, 2026
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

5 May, 2026

Top 7 Xəbər

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib 1

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

5 May, 2026
Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb 2

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

5 May, 2026
Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur 3

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

5 May, 2026
Azərbaycanda ən populyar mobil cihazlar – SİYAHI 4

Azərbaycanda ən populyar mobil cihazlar – SİYAHI

5 May, 2026
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb 5

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

5 May, 2026
BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr 6

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

5 May, 2026
İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib 7

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

4 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 372)
  • Dünya (3. 349)
  • Gündəm (11. 712)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (489)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9372) Dünya (3349) Gündəm (11712) Kateqoriyasızlar (489) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib 5 May, 2026
  • Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb 5 May, 2026
  • Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur 5 May, 2026
  • Azərbaycanda ən populyar mobil cihazlar – SİYAHI 5 May, 2026
  • Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb 5 May, 2026
© Addim.az | MoreNews by AF themes.