Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Addim.az APA-ya istinadən bildirir ki, hərəkətdə olan “VAZ” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı kanala aşıb.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.