Skip to content
24 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 118)
  • Dünya (3. 272)
  • Gündəm (11. 453)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Məmur sahibkarlığı əngəllər yaradır – FAKT BUDUR!

Son bir neçə ildə həm siyasi, həm də iqtisadi baxımdan Türkiyə lirəsi tarixinin ən pis dövrünü yaşayır. Bu
Cavidan 22 Oktyabr, 2021

Son bir neçə ildə həm siyasi, həm də iqtisadi baxımdan Türkiyə lirəsi tarixinin ən pis dövrünü yaşayır. Bu həftə türk lirəsi daha da ucuzlaşıb. Türk lirəsi ucuzlaşsa da, Bakıda satılan Türkiyə məhsulları barəsində eyni sözü demək olmur. Türkiyədən internet vasitəsilə alınan hər hansı məhsulu Bakıda dəyərindən qat-qat baha almaq mümkündür.

Məsələ ilə bağlı tanınmış iqtisadçı-alim Nazim Bəydəmirli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycanın əsas ticarət partnyorları olan ölkələrdə milli valyuta ucuzlaşarsa, o zaman həmin ölkələrdən idxal potensialı artır. Ekspert diqqətə çatdırıb ki, adekvat olaraq Azərbaycan ixrac etdiyinə görə, həmin ölkələrdə istehsal olunan məhsulların qiymətləri də aşağı düşməlidir: “Əksər vətəndaşlarımız müxtəlif daşımaçı şirkətlər vasitəsilə elektron ticarətə üstünlük verirlər.

Bəllidir ki, bunun da səbəbi daha ucuz mal gətirmək, öz istehlakı üçün gömrük və vergi rüsumlarından azad olunmadan istifadə etməkdir. Ancaq təbii ki, bu hamının istehlakını təmin edə bilməz. Ona görə də sahibkarların qardaş ölkədən idxal etdiyi məhsulların həm həcmi, həm keyfiyyəti, həm də qiyməti normallaşmalıdır.

Ancaq biz bunun əksini müşahidə edirik. Təbii ki, səbəblər subyektivdir. Dediyim kimi, obyektiv səbəblər olmuş olsaydı, ucuzlaşma baş verərdi. Çox təəssüf edirəm ki, bu, məmur sahibkarlığından, gömrük orqanlarının bəyannamə qiyməti siyasətinin fəsadlarından qaynaqlanır. Şəffaf vergi və rüsumlar olan ölkələrdə xarici ticarətdə əsas olaraq partnyorlar daha ucuz və daha keyfiyyətli mal axtarırlar. Sahibkarlar onu ölkəyə gətirməkdə maraqlı olurlar. İndiki gömrük sistemində bunları etmək mümkün deyil. Bacardıqları qədər dövlət orqanları “süni” qiymət artımı yaradırlar. Ona görə də Azərbaycan sahibkarlarının xərcləri azalmaq əvəzinə artır. İstənilən xərclərdə gətirilən malın maya dəyərinə otuzdurulur. Adekvat olaraq da qiymət ya stabil qalır, ya da artmaqda davam edir. Ona görə də qiymətlərin azaldılması üçün sahibkarlar mühiti daha da şəffaf olmalıdır”.

N.Bəydəmirli qeyd edib ki, xarici iqtisadi əlaqələrlə məşğul olan şəxslərə, şirkətlərə daha da münbit şərait yaradılmalıdır:

“İlk olaraq, ölkədə daxili istehsalı stimullaşdırmaq, ölkəyə idxal olunan məhsulları yerli məhsullarla əvəz etmək üçün iqtisadi proseslərə təkan vermək lazımdır. Onun üçün maliyyə resurslarına əlçatanlıq olmalıdır. Həmçinin, ucuz maliyyə resursları olmalıdır. Sahibkarlar lisenziya və ərizə üçün əziyyət çəkməməlidir, onlar sadələşdirilməlidir. Vergi bazası genişləndirilməlidir ki, vergi rüsum və ödənişlərini vaxtlı vaxtında ödəsinlər. Bunun üçün təbii ki, şəffaf inzibatçılıq olmalıdır. Yəni sahibkarlarla bir yerdə bunu müzakirə edərək həyata keçirmək lazımdır. Onun üçün hesab edirəm ki, Prezident yanında Sahibkarlıq Şurası yaradılmalıdır ki, mikro və orta sahibkarlığa dəstək olunsun, həm də biznes ombudsmanı olmalıdır”.

Continue Reading

Previous: Vətən Müharibəsi şəhidlərinin YENİ SİYAHISI
Next: Bakıdan “Kayrat”ı aparan təyyarə qəzaya uğradı

Bölmənin digər xəbərləri

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
  • Cəmiyyət

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

23 Mart, 2026
Prezident Şamaxıya gedib – FOTOLAR
  • Cəmiyyət

Prezident Şamaxıya gedib – FOTOLAR

23 Mart, 2026
Bu gün 20 dərəcə isti olacaq – PROQNOZ
  • Cəmiyyət

Bu gün 20 dərəcə isti olacaq – PROQNOZ

23 Mart, 2026

Top 7 Xəbər

Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək 1

Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

24 Mart, 2026
KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir 2

KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir

24 Mart, 2026
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib 3

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

23 Mart, 2026
Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb 4

Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb

23 Mart, 2026
Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar 5

Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar

23 Mart, 2026
Prezident Şamaxıya gedib – FOTOLAR 6

Prezident Şamaxıya gedib – FOTOLAR

23 Mart, 2026
Polis Azərbaycanda 24 nəfəri saxladı 7

Polis Azərbaycanda 24 nəfəri saxladı

23 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 118)
  • Dünya (3. 272)
  • Gündəm (11. 453)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9118) Dünya (3272) Gündəm (11453) Kateqoriyasızlar (475) Kriminal (1356) Mədəniyyət (341) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək 24 Mart, 2026
  • KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir 24 Mart, 2026
  • Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib 23 Mart, 2026
  • Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb 23 Mart, 2026
  • Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar 23 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.