Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Dörd ay öncə “general” rütbəsi alan rəis niyə işdən çıxarıldı? – DETALLAR
  • Cəmiyyət
  • Gündəm

Dörd ay öncə “general” rütbəsi alan rəis niyə işdən çıxarıldı? – DETALLAR

Dövlət Sərhəd Xidmətinin rəisi, general-mayor Aqil Babayev DSX Akademiyasının rəisi vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, Aqil
Cavidan 20 Dekabr, 2022
FotoJet

Dövlət Sərhəd Xidmətinin rəisi, general-mayor Aqil Babayev DSX Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, Aqil Babayev bu vəzifəyə qədər “Xudat” sərhəd dəstəsinin rəisi olub. “İgidliyə görə”, “Vətən uğrunda” və digər bir sıra orden və medallarla təltif olunub. O, 17 avqust 2022-ci ildə (18 avqust Dövlət Sərhəd Xidməti Günüdür – red.) “general-mayor” rütbəsi alıb. Məhz dörd ay öncə yüksək rütbə verilən şəxsin indi vəzifədən azad edilməsi hazırda müzakirə predmetidir.

Dövlət Sərhəd Xidməti Akademiyasında ilk xoşagəlməz hadisə bu ilin aprelində olmuşdu. Belə ki, Akademiyanın 4-cü kursunda təhsil alan 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyev aprelin 13-də dünyasını dəyişmişdi.

DSX Akademiyası kursantın ölümü ilə bağlı yaydığı məlumatda bildirmişdi ki, o, 13 apreldə müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.

Ancaq nə qədər qəribə də olsa, Hərbi Prokurorluğun hələ o zaman yaydığı məlumat diqqət çəkmişdi. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirmişdi:

“Daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilmişdir. Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Maraqlıdır: xəstəxanada onkoloji xəstəlikdən dünyasını dəyişən kursantla bağlı Hərbi Prokurorluq əməkdaşları “hadisə yerinə” niyə baxış keçirir, iş üçün əhəmiyyət kəsb edən hansı predmetlər maddi sübut kimi götürülür, kimlərdən və niyə izahatlar alınır? Hər halda “hadisə yeri” xəstəxana çarpayısı, “maddi sübut” dərmanlar deyildi və həkimlərdən də izahat alınmamışdı. Əks halda “hadisə yerinə” hərbi prokurorlar deyil, məhkəmə-tibb ekspertləri gələrdilər. Əgər hadisə yeri varsa, bu o deməkdir ki, ölüm hadisəsi müalicə müəssisəsində baş verməyib.

Məsələ də ondan ibarətdir ki, həmin ölümün DSX Akademiyasındakı kütləvi dava nəticəsində baş verdiyi haqda Akademiyanın rəsmi açıqlamasından öncə məlumat yayılmışdı. Bildirilirdi ki, kütləvi davada bir kursant ölüb, bir neçəsi yaralanıb. Ancaq DSX Akademiyasının yaydığı məlumatda kursantın “müalicə müəssisəsində” öldüyü iddia edilirdi ki, əslində, bu iddia da Hərbi Prokurorluğun rəsmi açıqlaması ilə darmadağın olurdu.

Hərbi Prokurorluğun istintaqının nəticəsi haqda heç bir məlumat yayılmadı, ölümün dəqiq başvermə səbəbi, hadisə yeri, maddi sübutların aqibəti barədə də ictimaiyyət məlumatlandırılmadı. Ancaq şübhəsiz ki, ölüm faktı araşdırılıb və DSX Akademiyasının rəsmi qurumlar və ictimaiyyətə yalan açıqlama verməsi təsdiqlənib.

İkinci, ictimaiyyətə bəlli olan daha ciddi hadisə 6 dekabr 2022-ci ildə baş verdi. DSX Akademiyası yenidən gündəmə gəldi – bu dəfə yanğınla. Akademiyanın inzibati binasında irimiqyaslı yanğın baş verdi və ciddi ziyan dəydi. Yanğının miqyası kifayət qədər böyük idi – o qədər ki, hadisə yerinə DSX rəisi Elçin Quliyev şəxsən özü gəlmişdi.

DSX-nin olayla bağlı yaydığı açıqlamada yanğın zamanı Akademiya binasının dam örtüyünün 50 kvadratmetr hissəsinə ziyan dəydiyi, cəmi üç nəfərin tüstüdən zəhərləndiyi bildirildi. Əlbəttə ki, DSX bu məlumatı Akademiyadan alaraq yaymışdı.

Ancaq bu məlumatın həqiqəti əks etdirmədiyi üzə çıxdı. Belə ki, TƏBİB yanğın zamanı 14 nəfərin tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini bildirdi.

Yanğının nə qədər sahəni əhatə etdiyi barədə isə FHN yox, DSX Akademiyasının məlumat yayması da müzakirələr yaratdı. Belə ki, yanğının, deyildiyi kimi, “dam örtüyünün 50 kv.m sahəsinə ziyan vurduğu” həddən artıq “yumşaldılmış” təsiri bağışlayırdı. Videolardan da aydın idi ki, yanğın daha geniş əraziyə yayılıb.

Bu isə DSX Akademiyası haqda növbəti mənfi təəssürat doğururdu.

Görünür, bütün bunlar və mediaya qapalı olan digər məlumatların nəticəsi olaraq DSX rəisi Elçin Quliyev Akademiya rəhbərliyinin dəyişdirilməsi üçün təqdimat hazırlayıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Paytaxtın bu yollarında tıxac müşahidə edilir – SİYAHI
Next: UNEC-in müəllimi vəfat etdi – FOTO

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.