Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Gələn il maaş və pensiyalar nə qədər artacaq? – AÇIQLAMA
  • Cəmiyyət
  • Gündəm

Gələn il maaş və pensiyalar nə qədər artacaq? – AÇIQLAMA

“Problem ondan ibarətdir ki, ölkəmizdə maaş, təqaüd və sosial müavinətlər çox aşağıdır”. Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli
Cavidan 8 Dekabr, 2022
1670488398_maas

“Problem ondan ibarətdir ki, ölkəmizdə maaş, təqaüd və sosial müavinətlər çox aşağıdır”.

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bunların kəskin artırılması qərarı verilsə, digər sahələrdə struktur, sistemli yanaşma olaraq dəyişikliklər olmasa, artım inflyasiyanı sürətləndirən amilə çevrilər:

“Yəni, pul kütləsi artır, təkliflər isə yerində qalır. Bazarın təkliflər həcmi artmır, nəticədə inflyasiya sürətlənir. Ona görə də qiymət artımı və onun əhaliyə vurduğu ziyanın konpensasiya olunması ilə mübarizədə maaş, pensiya və sosial müavinətlərin artırılması yetərli deyil. Bunun üçün başqa qərarlar da verilməlidir. Gələn il təqaüdlərin 15 faiz indeksləşməsi nəzərdə tutulur. Çox güman ki, büdcədən maaş alanların aylıq ödənişlərindən də 15 faizlik indeksləşmə olacaq. Bu, yetərli deyil. Azərbaycanda ərzaq inflyasiyası 22 faizdən yuxarıdır. Bu onu göstərir ki, insanların real gəlirlərində ciddi artım olmayacaq”.

İqtisadçı qeyd edib ki, maaş və pensiyaların artımı ilə yanaşı paralel addımların atılmasına ehtiyac var:

“Məsələn, elektrik enerjisinə və təbii qaza tətbiq olunan limitlər ləğv edilməlidir ki, insanların güzəranına müsbət təsir göstərsin. Həmçinin, vergi və gömrük rüsumları azaldılmalıdır. Bunu bir neçə dəfə qeyd etmişik ki, ərzaq məhsullarındakı əlavə dəyər vergisi (ƏDV) 18 faizdən 2 faizə endirilməlidir. Dərman preparatlarında və ərzaq məhsullarında gömrük rüsumları sıfırlanmalıdır. Gələn il dünyada baş verən prosesləri nəzərə alsaq, gömrük rüsumları sıfırlana bilər. Bu əsasən dərmanlarda çox vacibdir. Belə ki, dərmanların 96 faizi xaricdən gətirilir. Xaricdən idxal edilən istənilən dərmanın üzərinə 15 faiz gömrük rüsumu gələndə bu, qiymətləri artıran amilə çevrilir. Ölkə daxilində istehsal yoxdursa, bu qədər yüksək gömrük rüsumlarının olması məntiqsizlikdir. Bu dediklərim olarsa, maaş və pensiyaların 15 faiz artımı gələn il üçün əhalinin real dolanışığına müsbət təsir göstərə bilər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azyaşlıya spirtli içki verən şəxs CƏZALANDIRILDI
Next: İlham Əliyev Leyla Əliyevanın çəkdiyi rəsm əsərini Albaniyanın Baş nazirinə hədiyyə etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 135637
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 130155
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 121537
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 740)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 015)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq Screenshot 2026-07-14 135637 1
  • Cəmiyyət

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

14 İyul, 2026
Azərbaycanda iyul ayının pensiyaları ödənilib Screenshot 2026-07-14 130155 2
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

14 İyul, 2026
İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar Screenshot 2026-07-14 124126 3
  • Siyasət

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

14 İyul, 2026
Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib Screenshot 2026-07-14 121537 4
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

14 İyul, 2026
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Screenshot 2026-07-14 115333 5
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9740) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3015) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.