Skip to content
11 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 096)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bürclər bu günə nə deyir?

30 noyabr, 2022-ci il tarixi üçün ulduz falını təqdim edirik: Qoç – həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər
Cavidan 30 Noyabr, 2022

30 noyabr, 2022-ci il tarixi üçün ulduz falını təqdim edirik:

Qoç – həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər müəyyən narahatlıq yarada bilər. Fəaliyyətinizdən narazılıq, qərarların qəbulu prosesində təbəddülatlar yarana bilər. Nigaran qalmayın, problemlər müvəqqətidir.

Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq.

Menecmenti ağılla qurun.

Ailədəki mühit yaxşıdır. Sərt reaksiyalara heç bir ehtiyac yoxdur. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.

Buğa – əlverişli situasiya sizə yarımçıq işləri uğurla başa vurmağa imkan verir. Məntiqli risk etmək olar. Hər şey qətiyyət və əmək məhsuldarlığınızdan asılıdır. Mobil, çevik, mütəhərrik olun. Yeni informasiyaları əldə etməyə çalışın.

Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi tədricən azalacaq.

Səhhətinizə fikir verin. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Ailə üzvləri ilə təmaslar kefinizi kökəldəcək. Axşam saatlarını evdə keçirin.

Əkizlər – bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Texniki sahədə çalışırsınızsa, şanslarınızdan yararlanın. Ambisioz planlar qurun, inandığınız insanlarla əməkdaşlıq edin.

İşdə rəhbər vəzifə tutursunuzsa, əməkdaşlar arasındakı səlahiyyət və məsuliyyətin bölünməsinə nəzarət edin.

Vəzifəniz kiçikdirsə, fəaliyyətinizi optimallaşdırın.

Günün ikinci yarısında dostlar yaşam problemlərindən biri ilə bağlı sizə müraciət edəcəklər. Onların yardımınıza ehtiyacı var.

Ailə üzvləri ilə təmaslar müsbət emosiyalar bəxş edəcək.

Xərçəng – bir çox məsələləri həll etmək olar. Problemlərin sayı sizi qorxutmasın. Yeni layihələrə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, sərmayələr barədə düşünmək üçün münasib zamandır. Müdrik insanla maraqlı görüş olacaq.

Günün ikinci yarısında fəaliyyət istiqaməti barədə düşünün. Ehtiyacı olanlara yardım edin. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı yüksək dəyərləndirəcək.

Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun. Onların sizə ehtiyacı var. Yaxınlarınızın problemlərini həll edin, mövqelərinizi möhkəmləndirin.

Şir – yaramaz, paxıl və ikiüzlü insanlardan uzaq olun. Belələri sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı məkrli plan hazırlayır. Plana uyğun hərəkət edin. Belədə gərginlik və tələskənlik olmadan çalışaraq bir çox işləri həll edə bilərsiniz.

Günün ikinci yarısında yeni layihələrə başlamayın. Alış-veriş üçün münasib zaman deyil.

Axşam saatlarında sükan arxasında olsanız, tanış marşrutu seçin.

Ailə üzvləri ilə münasibətlər emosional olacaq. Sevdiyiniz insana qarşı laübəli hisslər yaranır. Belə vəziyyətdə münasibətləri əsla aydınlaşdırmayın.

Qız – yaxınlarınızdan dəstək və yardım ala bilərsiniz. Bu imkanlardan yararlanın. Yalnız özünüzə, öz qüvvənizə güvənin, qatı fərdiyyətçilik etsəniz ciddi problemlərlə qarşılaşacaqsınız.

Günün ikinci yarısında ağıllı məsləhətlərə qulaq assanız, anlaşma, sövdələşmə, sərmayə ilə bağlı məsələlər asanlıqla həllini tapacaq. Yaşam arealının və ya texnikanın təmiri, səyahət üçün pis zaman deyil.

Ailə münasibətlərində harmoniyaya nail olun. Sevdiyiniz adamla təmaslarınızı heç nə pozmamalıdır. Subaysınızsa, axşam saatlarında xoş görüş olacaq.

Tərəzi – problemləri asanlıqla, sürətlə və tez həll etmək mümkün deyil. Səbrli və soyuqqanlı davranış gərəkli nəticələr verəcək. Müdrik olun, nüfuzunuza xələl gətirəcək qərarlar verməyin.

Günün ikinci yarısında yeni həmfikir və ya tərəfdaş tapa bilərsiniz. Səfər, sənədləşdirmə, müqavilələlərin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. Alış-verişdə çox pul xərcləməyin, riskli layihələrə pul yatırmayın.

Yaxınlarınızla aktiv ünsiyyətdə olun. Ailə üzvlərinizdən biri ilə anlaşılmazlıq yarana bilər. Səhhətinizi düşünün, sağlam həyat tərzini seçin. Zərərli vərdişlərdən əl çəkin.

Əqrəb – situasiyadan yararlanaraq maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. İnternet, telekommunikasiyalar, proqramlarla bağlı problemlər yarananda aqressivləşməyin. Borc almaq, kredit götürmək və ödənişlər etmək üçün əlverişli zamandır. Təhsil sahəsində çalışırsınızsa, əlverişli zamandır.

Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələni çözməyə çalışın. Tapdanmış hüquqlarınızı bərpa edin. Dava, qalmaqal əvəzinə məhkəməyə iddia ərizəsi ilə müraciət edin.

Axşam saatlarını virtual aləmdə keçirməyin.

Oxatan – işin effektivliyi sizdən asılıdır. Əlverişli situasiya sizə yaxşı nəticələr əldə etməyə imkan verir. Tənbəllik etməyin. Perspektivini görmədiyiniz işləri ertələməyin və çalışın. Yaxın ətrafınızdakı insanlar layihələrdən birinə maneələr yarada bilər.

Günün ikinci yarısında arqumentlərinizi səsləndirin. Söhbətdə sakit olmağınız nüfuzunuzu artıra bilər.

Ailə üzvlərinin biri sizə qarşı əsassız iddia ilə çıxış edəcək. Səbrli olun, münaqişəyə başlamayın. Məntiqli sözləriniz qarşı tərəfə müsbət təsir edəcək.

Oğlaq – yeni iş və ya layihəni planlaşdırmayın. Cari, rutin, adi məsələlərin həlli ilə məşğul olun. Dostlardan birinin yardım istəyini qulaqardına vurmayın. Yenilikləri əxz etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı dəyərləndirəcəklər.

Günün ikinci yarısında ideyalarınız barədə çox danışmayın. Ailə üzvləri ilə təmaslarda səmimi, qayğıkeş olun. Dəyər verdiyiniz insanların dadına çatın.

Münasibətləri yaxşılaşdırın.

Dolça – yeni işə və ya layihəyə başlamaq olar. Planlarda dəyişikliklər zəruridir. Bir qədər ehtiyatlı olun. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalışmayın. Bəzən kompromisə getmək gərəkdir. Mühüm xəbər və ya məlumat ala bilərsiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri diqqətinizi cəlb edəcək. Mobil telefon və ya noutbukunuzu qoruyun.

Sevdiyiniz insanla münasibətləri inkişaf etdirin. Ekstravaqant hədiyyə etmək, ya da dəyər verdiyiniz şəxsi qeyri-adi məkana dəvət etmək olar. Subaysınızsa, axşam saatlarında sizi romantik görüş gözləyir.

Balıqlar – emosiyalarınızın normal olması və yaxşı əhval-ruhiyyə sizə bir sıra problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Təcili olmayan işləri ertələmək olar. Lakin əyləncə və istirahətə çox vaxt ayırmayın.

İndiyədək aktiv çalışıbsınızsa, işləri nəzarətsiz qoymayın.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Sizi narahat edən məsələlərin həll yollarını müzakirə edərək aramaq olar.

Yaxınlarınızla münasibətlərdə qarşılıqlı anlaşmanın yaxılaşdırılması üçün perspektivlər yaranır. Ağır maliyyə durumunda ailə üzvləri sizi dəstəkləyəcəklər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Continue Reading

Previous: Türkiyə, İsveç və Finlandiya XİN başçıları görüşdü
Next: Kəlbəcər və Laçında yerləşən mövqelərimiz ATƏŞƏ TUTULDU

Bölmənin digər xəbərləri

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • Cəmiyyət

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?
  • Cəmiyyət

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Cəmiyyət

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026

Top 7 Xəbər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 1

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 2

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 3

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

10 Fevral, 2026
Yağıntılar nə vaxt kəsiləcək? 4

Yağıntılar nə vaxt kəsiləcək?

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 5

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 6

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 7

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 096)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8874) Dünya (3183) Gündəm (11096) Kateqoriyasızlar (460) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2938) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 10 Fevral, 2026
  • ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 10 Fevral, 2026
  • “Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 10 Fevral, 2026
  • Yağıntılar nə vaxt kəsiləcək? 10 Fevral, 2026
  • Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.