Skip to content
28 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 321)
  • Dünya (3. 343)
  • Gündəm (11. 672)
  • İdman (646)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda deputat VƏFAT ETDİ

Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Bababəyli dünyasını dəyişib.Deputat 59 yaşında dünyasını dəyişib. Nazim
Cavidan 18 Noyabr, 2022

Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Bababəyli dünyasını dəyişib.

Deputat 59 yaşında dünyasını dəyişib.

Nazim Bababəyli mərhum alim Səfəralı Babayevin oğlu, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin qardaşıdır.

Qeyd edək ki, Nazim Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1961-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbə daxil olan Nazim Bababəyli 1971-ci ildə həmin məktəbi bitirib. 1971-1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR EA “Kaspi” mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1977-1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1978-1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışmaqda idi. 2004-cü ildə “Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” adlı dissertasiya müdafiə edib və coğrafiya üzrə fəlsəfə doktoru elmi adını alıb.

1994-cü ildə Naxçıvan şəhər Məclisinin, 2005-ci ildə III çağırış , 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış və 2020-ci ildə VI çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü olub.

Naxçıvan MR-in əməkdar müəllimi olan Nazim Bababəyli “Tərəqqi” medalı, “Akademik Plyuqin” medalı və “Akademik H.Əliyev adına döş nişanı” ilə təltif olunub. 269 elmi məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

Nazim Bababəyli 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasının dosenti, 2003-cü ildən 2016-cı ilədək həmin kafedranın müdiri vəzifəsində işləyib.

Continue Reading

Previous: İlham Əliyevin Rusiya Hökumətinin sədri ilə geniş tərkibdə görüşü başlayıb – FOTO
Next: “Rusiyadan Azərbaycana turist axını artır” – İlham Əliyev

Bölmənin digər xəbərləri

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL
  • Gündəm

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

28 Aprel, 2026
Ukraynada hərbi vəziyyət rejimi uzadılıb
  • Dünya

Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

28 Aprel, 2026
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
  • Cəmiyyət

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

28 Aprel, 2026

Top 7 Xəbər

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL 1

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

28 Aprel, 2026
Ukraynada hərbi vəziyyət rejimi uzadılıb 2

Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

28 Aprel, 2026
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlanıb 3

“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlanıb

28 Aprel, 2026
Prezident bir qrup sahibkarı təltif edib 4

Prezident bir qrup sahibkarı təltif edib

28 Aprel, 2026
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür 5

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

28 Aprel, 2026
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib 6

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

27 Aprel, 2026
“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək” 7

“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”

27 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 321)
  • Dünya (3. 343)
  • Gündəm (11. 672)
  • İdman (646)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9321) Dünya (3343) Gündəm (11672) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2986) Texnologiya (14) İdman (646) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL 28 Aprel, 2026
  • Ukraynada hərbi vəziyyət rejimi uzadılıb 28 Aprel, 2026
  • “Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlanıb 28 Aprel, 2026
  • Prezident bir qrup sahibkarı təltif edib 28 Aprel, 2026
  • Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür 28 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.