Gəncədə qadın həyatına qəsd edib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, 32 yaşlı şəhər sakini B.Həsənova yaşadığı evin həyətində özünü asaraq intihar edib.
İlkin məlumata görə, bu gün mərhumun həyat yoldaşından boşanmaq üçün məhkəmə prosesi təyin olunubmuş. Onun bir müddətdir boşanmaq istəmədiyi üçün psixoloji gərginlik keçirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.