Skip to content
18 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 439)
  • Dünya (3. 373)
  • Gündəm (11. 759)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 388)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

“Müharibə vaxtı hər şeyi deyə bilmirdim” – Prezident

“Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı,
Cavidan 8 Noyabr, 2022

“Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.

Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

“Müharibə dövründə çoxsaylı müsahibələrdə mən müharibənin gedişatı ilə bağlı bəzi məqamları açıqlayırdım. Təbii ki, hər şeyi deyə bilmirdim. Xüsusilə gələcək planlar haqqında bir çox şeyləri deyə bilmirdim. Verilən suala cavab olaraq cəmi bir dəfə demişdim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

Hər dəfə Şuşada olarkən, – mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, – hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən də əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər yolu” adlandırılan yol cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bu tarixi gündən cəmi iki il keçib və iki il ərzində bir çox hadisələr baş verib. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq”, – dövlət başçısı bildirib.

Continue Reading

Previous: İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada – FOTOLAR (YENİLƏNİB)
Next: “Hərbçilərimiz Şuşanı azad edəndə ölümə gedirdilər” – Ali Baş Komandan

Bölmənin digər xəbərləri

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
  • Dünya

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

18 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
  • Cəmiyyət

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq
  • Cəmiyyət

Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq

16 May, 2026

Top 7 Xəbər

Sabirabadda ağır qəza – 3 ölü, 8 yaralı 1

Sabirabadda ağır qəza – 3 ölü, 8 yaralı

18 May, 2026
Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur 2

Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur

18 May, 2026
KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb 3

KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

18 May, 2026
Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub 4

Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub

18 May, 2026
WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 5

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

16 May, 2026
Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 6

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 7

Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq

16 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 439)
  • Dünya (3. 373)
  • Gündəm (11. 759)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 388)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9439) Dünya (3373) Gündəm (11759) Kateqoriyasızlar (496) Kriminal (1388) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabirabadda ağır qəza – 3 ölü, 8 yaralı 18 May, 2026
  • Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur 18 May, 2026
  • KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb 18 May, 2026
  • Meksikada silahlı hücum 10 nəfərin həyatına son qoyub 18 May, 2026
  • WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb 16 May, 2026
© Addim.az | MoreNews by AF themes.