![](https://addim.az/wp-content/uploads/2022/11/1667638113.cahangir.jpg)
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.
Addim.az AZAL-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir.