Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 860)
  • Dünya (3. 183)
  • Gündəm (11. 081)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyevin əlyazısı yayıldı, trendə çevrildi – FOTO

Prezident İlham Əliyevin Əlcəzair Milli Mücahidlər Muzeyinin xatirə kitabına qeydlərinin fotosu yayılıb. Əsas müzakirə Prezidentin ingiliscə yazdığı mətndə
Cavidan 2 Noyabr, 2022

Prezident İlham Əliyevin Əlcəzair Milli Mücahidlər Muzeyinin xatirə kitabına qeydlərinin fotosu yayılıb.

Əsas müzakirə Prezidentin ingiliscə yazdığı mətndə xəttinin son dərəcə səliqəli olmasıdır.

Qısa zaman çərçivəsində, ayaq üstə yazmasına baxmayaraq, Prezidentin xətti və ifadə tərzi sosial şəbəkələrdə təəccüblə qarşılanıb və trendə çevrilib.

Qeyd edək ki, ingiliscə fotosunu təqdim etdiyimiz mətnin tərcüməsi belədir:

“Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram.

Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur.

Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.

Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram”

Continue Reading

Previous: Onlar AMEA-nın Rəyasət Heyətindən uzaqlaşdırıldı
Next: Bürclər bu günə nə deyir?

Bölmənin digər xəbərləri

Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi
  • Gündəm

Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi

9 Fevral, 2026
Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu – ŞƏRH
  • Gündəm

Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu – ŞƏRH

9 Fevral, 2026
Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib
  • Gündəm

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib

9 Fevral, 2026

Top 7 Xəbər

Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi 1

Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi

9 Fevral, 2026
Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu – ŞƏRH 2

Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu – ŞƏRH

9 Fevral, 2026
FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib 3

FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib

9 Fevral, 2026
Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib 4

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib

9 Fevral, 2026
Ukrayna və Fransa birgə silah istehsal edəcək 5

Ukrayna və Fransa birgə silah istehsal edəcək

9 Fevral, 2026
Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır 6

Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır

9 Fevral, 2026
Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb 7

Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb

9 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 860)
  • Dünya (3. 183)
  • Gündəm (11. 081)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8860) Dünya (3183) Gündəm (11081) Kateqoriyasızlar (459) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2937) Texnologiya (14) İdman (618) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi 9 Fevral, 2026
  • Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu – ŞƏRH 9 Fevral, 2026
  • FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib 9 Fevral, 2026
  • Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib 9 Fevral, 2026
  • Ukrayna və Fransa birgə silah istehsal edəcək 9 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.