Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • QMİ-dən İranın təhdidlərinə ETİRAZ
  • Cəmiyyət
  • Gündəm

QMİ-dən İranın təhdidlərinə ETİRAZ

Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən
Cavidan 29 Oktyabr, 2022
1667025244.qmi-1643709436 (1)

Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır.

Bu barədə QMİ-nin bəyanatında bildirilir.

“Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa, biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli – Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər”, – bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub: “İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Dərsə gedirəm” deyib evdən çıxdı, geri qayıtmadı
Next: Prezidentdən Türkiyə ilə bağlı PAYLAŞIM

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 131653
  • Cəmiyyət

Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 123610
  • Gündəm

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 111332
  • Cəmiyyət

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 729)
  • Dünya (3. 453)
  • Gündəm (11. 947)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq Screenshot 2026-07-10 131653 1
  • Cəmiyyət

Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq

13 İyul, 2026
İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq Screenshot 2026-07-13 123610 2
  • Gündəm

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

13 İyul, 2026
Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır Screenshot 2026-07-13 121416 3
  • Kateqoriyasızlar

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

13 İyul, 2026
İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur Screenshot 2026-07-13 111332 4
  • Cəmiyyət

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

13 İyul, 2026
Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb Screenshot 2026-07-13 101148 5
  • Cəmiyyət

Zaporojye vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9729) Dünya (3453) Gündəm (11947) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.