Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Tehranda oturanlar Azərbaycanı NİYƏ SEVMİRLƏR… – AKTUAL
  • Dünya
  • Gündəm

Tehranda oturanlar Azərbaycanı NİYƏ SEVMİRLƏR… – AKTUAL

Keçən həftə Ermənistanın Qafan şəhərində İran baş konsulluğunun rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində İran və Ermənistanın xarici
Cavidan 24 Oktyabr, 2022
1666586466_0001

Keçən həftə Ermənistanın Qafan şəhərində İran baş konsulluğunun rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində İran və Ermənistanın xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan iştirak ediblər.

İranın XİN rəhbəri Ermənistanın təhlükəsizliyi özlərinin təhlükəsizliyi adlandırıb. O, təxribaçı fikirlər səsləndirərək, bölgədə heç bir sərhəd dəyişikliyini qəbul etməyəcəklərini deyib. Həmçinin, Ermənistanın da Təbrizdə baş konsulluq açacağı bildirilib.

Qeyd edək ki, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinin həmən ardından Qafanda baş konsulluq açması cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Üstəlik, İranın xarici işlər nazirinin Azərbaycanı hədəf alan absurd açıqlamaları da tərəflər arasındakı vəziyyətin yenidən gərginləşə biləcəyini göstərir.

Ümumiyyətlə, İran nədən qorxur və bu məkrli planının məqsədi nədir?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, İran uzun müddətdir Qafanda konsulluq açmağı planlaşdırırdı:

“Belə ki, 2021-ci ilin dekabrın 29-da keçirilən iclasda Tehran hökuməti Xarici İşlər Nazirliyinin Qafan şəhərində konsulluğun açılması ilə bağlı təklifini bəyənmiş və İran Prezidentinin rəsmi saytında bu haqda məlumat da dərc edilmişdir. İran Konstitusiyanın 138-ci maddəsinə əsasən, Nazirlər Şurası Xarici İşlər Nazirliyinin Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması təklifini təsdiqləmişdi. İranın məhz bunun indi reallaşdırılmasında isə pərdəarxası məqamlar mövcuddur. Hadisələrin inkişaf tendensiyası və baş vermə ardıcıllığı da bunu təsdiqləyir”.

Politoloq xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışından öncə həm özü, həm də xarici işlər naziri Mövlud Çavuşoğlu ritorikalarında Zəngəzur dəhlizinin önəmini yenə də aktuallaşdırdılar:

“Azərbaycan Prezidenti İlham Əliyev də 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciətində bildirdi ki, “Zəngəzur dəhlizinin reallaşdırılması regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək”. Bundan sonra Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında söylədi ki, “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”. Nəzərə alsaq ki, İran Ermənistanın ərazi bütövlüyünü, ermənilərin təhlükəsizliyini özününkünə bərabər səviyyədə görür, Qərbi Zəngəzurda ermənilərin təhlükəsizliyini təmin etməyi isə qarşısında xüsusi məqsəd kimi müəyyənləşdirir. Düşünürəm ki, İran da dövlət başçımızın mövcud açıqlamasını ciddi nəzərə almalıdır”.

Şəbnəm Həsənova konsulluğun təmirinin tam başa çatmadan açılmasının səbəblərini belə izah edib:

“Konsulluğun təmiri tam başa çatmamış tələsik açılmasının səbəbi Zəngəzur dəhlizinə nəzarəti tam itirməsin, eyni zamanda açılışı tezləşdirən amil dövlət başçımızın mövcud açıqlamasıdır. Azərbaycanın əldə etdiyi Zəfərdən sonra artan gücümüz bizdən aktiv diplomatik fəaliyyət həyata keçirməyi, müxtəlif ölkələrdə olan səfirliklərimizə yenidən baxış keçirməyi, yeni diplomatik nümayəndəliklər açmağı tələb edir.

Qərbi Zəngəzurun Qafan rayonu Azərbaycan torpağıdır. İran da daxil olmaqla regional aktorlar bunu yaxşı bilir.

Hazırda İran Azərbaycanın açdığı cıdırı izləməyə məcburdur. İndiki reallıq isə “mən də varam” deməklə kifayətlənməyi tələb etmir, tələb olunan varlığının nə qədər güclü olması və bu gücün dünya birliyi tərəfindən qəbul edilməsi, yaratdığın imicdir”.

Cebhe.info

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “WhatsApp”da yeni funksiya
Next: “Oranı mikrobdan təmizlədilər, sonra getdim” – Brilliant Dadaşova

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 133951
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 123610
  • Gündəm

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 111332
  • Cəmiyyət

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.